‘Biz camaata toy eləmə deyə bilmərik’ - Şeyx

SİYASƏT
17:53 23.06.2014
1869

QMİ sədri Şeyxülislam Allahaşükür Paşazadəyə Gəncədən olan din xadimlərinidən biri Ramazan ayında toyların keçirilməsinin düzgün olub-olmaması ilə bağlı sual verib.

AZXEBER.COM anspress-ə istinadən xəbər verir ki, həmin din xadimi Gəncə-Qazax regionunda olan bəzi şadlıq evlərində toy edildiyini söyləyib. O, Şeyxdən aşurə günündə də toy və şənliklərin keçirilməsinin qarşının alınması üçün müvafiq tədbirlər görülməsini istəyib: Gəncə-Qazax regionundan bəzi şadlıq evləri var ki Ramazan ayında toy-şadlıq edilər. Aşurə günlərində toy edirlər”.

Şeyx isə həmin din xadiminə bu barədə məlumatsız olduğunu söyləyib: “Mən görməmişəm. İnanmiraki hansısa bir sünni həmin gün toy edər. Biz camaata toy eləmə deyə bilmərik. Xalq öz hərəkətlərində azaddır. Biz yalnız onları düzgün yola çəkə bilərik".

OXŞAR XƏBƏRLƏR