Rusiya Azərbaycanlılarının Mədəni Muxtariyyətinin Ağsaqqallar Şurasının sədri seçki ilə bağlı mövqeyini açıqlayıb.
"Biz hamımız Heydər Əliyevin xatirəsinə layiq olmalıyıq. Hamı seçkiyə getməli və səs verməliyik. Mən düşünürəm ki, İlham Əliyev xalqın layiqli seçimidir".
Bu sözləri Rusiya Azərbaycanlılarının Mədəni Muxtariyyətinin Ağsaqqallar Şurasının sədri ("AzerRos") Abbas Abbasov müsahibəsində deyib. Azərbaycanda keçirləcək prezident seçkiləri ilə bağlı sualı cavablandıran A.Abbasov 1991-ci ildən Azərbaycan böyük demokratik inkişaf yolu keçdiyini və bunun davamlı olduğunu deyib.
O, uzun illər ümummilli lider Heydər Əliyevin, həmçinin Azərbaycanın indiki prezidenti İlham Əliyevin rəhbərliyi altında işlədiyini və mövqeyim hər zamanki kimi dəyişməz olaraq qaldığını qeyd edib.
"Məncə, kurs doğru seçilib və o davam etdirilməlidir. Məhz bu Heydər Əliyevin əsasını qoyduğu demokratik vətəndaş cəmiyyətini qoruyub-saxlamağa imkan verəcək". (anspress)