Qazaxıstan Rusiyanın Ukraynaya qarşı müharibəsində neytrallığını bəyan edib.
AZXEBER.COM Ukrayna mediasına istinadən xəbər verir ki, Qazaxıstan Rusiyanın Ukraynaya qarşı müharibəsində bitərəf olduğunu bəyan edib.
Onlar vəziyyətin danışıqlar yolu ilə həllinin tərəfdarıdırlar.
Müdafiə nazirinin müavini Sultan Kamaletdinov Senatda çıxış edərkən "Rusiya və Ukrayna arasındakı münaqişənin Qazaxıstanla heç bir əlaqəsi yoxdur. Biz heç bir tərəfi dəstəkləmirik. Bununla bağlı heç bir problem ola bilməz" - deyə bildirib.
Martın 2-də Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev Vladimir Putinlə də telefon danışığı aparıb.
"Mən prezident Vladimir Putinlə ticarət-iqtisadi əlaqələrin inkişafı ilə bağlı danışdım. Danışıqlar yolu ilə Ukraynadakı vəziyyətlə bağlı razılığın əldə olunmasının çox vacib olduğunu söylədim" – deyə Tokayev "Twitter” hesabında yazıb.
Qeyd edək ki, Qazaxıstanın Ukraynaya qarşı müharibəyə qoşulmaqdan imtina etdiyi də bildirilib.
Ayşən Mirzəyeva