"Biz İsrail-Fələstin münaqişəsində atəşkəsi dəstəkləmirik" - Pentaqon

"Biz İsrail-Fələstin münaqişəsində atəşkəsi dəstəkləmirik" - Pentaqon
DÜNYA
10:53 03.11.2023
180
ABŞ İsrail və HƏMAS arasında atəşkəsin tərəfdarı olmadığını bildirib.

AZXEBER.COM Qərb mediasına istinadən xəbər verir ki, bu barədə ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) sözçüsü general Pat Rayder mətbuat konfransında jurnalistlərin suallarını cavablandırarkən deyib.

"Həmas-a yenidən qruplaşmaq və İsrail vətəndaşlarını və başqalarını təhlükə altına salmaq üçün vaxt verəcək atəşkəsi dəstəkləmirik"- deyə sözçü bildirib.

"ABŞ prezidenti Co Bayden humanitar yardımın Qəzzaya daxil olmasına, əsirlərin və digər vətəndaşların çıxmasına icazə vermək üçün humanitar fasiləni dəstəkləyir”. 
 
Sözçü əlavə edib ki, müdafiə naziri Loyd Oustin həmkarları ilə keçirdiyi görüşlərdə Qəzzada Fələstin mülki vətəndaşlarına humanitar yardımın çatdırılmasını da müzakirə edib.
 
Ağ Evin milli təhlükəsizlik müşaviri Ceyk Sallivan da İsrail-Fələstin münaqişəsində humanitar fasiləyə münasibət bildirib:
 
"Münaqişədə istənilən fasilə Həmas-ın maraqlarına uyğun olardı. Bu realdır. Burada çox mürəkkəb faktlar var. Əsir düşənlərin azad edilməsi üçün humanitar fasilə yaxşı olardı. Amma əmin ola bilərsiniz ki, Həmas bundan öz xeyrinə istifadə edəcək”. 
 
Mikayıl
OXŞAR XƏBƏRLƏR