‘Biz ölkəmizi, vətəndaşlarımızı bütün bəlalardan, mümkün olan bütün təhlükələrdən qoruyuruq’ – İlham Əliyev

‘Biz ölkəmizi, vətəndaşlarımızı bütün bəlalardan, mümkün olan bütün təhlükələrdən qoruyuruq’ –  İlham Əliyev
Siyasət
00:41 19.10.2014
1168

“Növbəti 3-4 il ərzində Azərbaycanda bütün şəhərlərdə içməli su və kanalizasiya layihələrinin 100 faiz icra edilməsi qarşıya vəzifə qoyulub”. 

AZXEBER.COM xəbər verir ki, bunu prezident İlham Əliyev xanımı Mehriban Əliyeva ilə birlikdə Goranboy şəhərinin su təchizatının yenidən qurulması və kanalizasiya sisteminin yaradılması layihəsinin icrasının başa çatması ilə əlaqədar təşkil olunan mərasimdə deyib:

“İlk növbədə, sizi və bütün Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə ürəkdən təbrik etmək istəyirəm. Bu, gözəl, tarixi bir gündür. Azərbaycanda Müstəqillik Günü iki dəfə qeyd olunur. Biri Azərbaycan Xalq Cümhuriyyətinin yarandığı 28 May Respublika Günüdür. İkincisi də 18 oktyabr – müstəqilliyimizin bərpası günüdür. Hər iki tarix bizim üçün çox əzizdir. Əminəm, Azərbaycan xalqı müstəqillik dövründə görür ki, müstəqilliyin üstünlükləri nədən ibarətdir. Ancaq müstəqillik dövründə Azərbaycan sürətlə inkişaf etməyə başlamışdır. Ancaq taleyimiz öz əlimizdə olan zaman biz böyük nailiyyətlərə çata bilmişik və bu gün burada qeyd etdiyimiz hadisə bunun əyani sübutudur”.

İlham Əliyev qeyd edib ki, Goranboy rayonunda, Azərbaycanın bütün başqa şəhər və rayonlarında içməli su həmişə böyük problem olub: “Keçən il Naftalanda içməli su layihəsinin açılışını qeyd etmişdik və bu işlər ardıcıllıqla aparılır. Qarşıya vəzifə qoyulubdur ki, növbəti 3-4 il ərzində Azərbaycanda bütün şəhərlərdə içməli su və kanalizasiya layihələri 100 faiz icra edilsin. Beləliklə, biz bu böyük sosial proqramı icra etmiş olacağıq”.

Azərbaycan Prezidenti deyib ki, bu vəsait sırf sosial xarakter daşıyır. Burada kommersiya tərəfindən söhbət açmaq yersizdir: “Çünki su tariflərindən yığılan vəsait heç vaxt buraya qoyulan investisiyaların kompensasiyasını təmin etməyəcək. Ona görə Azərbaycan dövləti öz sosial siyasətinə sadiq olaraq bu layihələri icra edir və bu, doğrudan da böyük tarixi nailiyyətdir. Çünki həm Bakıda, həm bizim bütün şəhər və rayonlarımızda içməli su daim böyük problem idi. Bakıda da bu problem həll olunur. Ancaq deyə bilərəm ki, Goranboy şəhərində bu, indi 100 faiz həll olunur. Bakıda hələ ki, əhalinin 78 faizi 24 saat ərzində içməli su alır. Bu səviyyə əvvəlki illərdə təqribən 40-50 faiz idi. Son illər ərzində Oğuz-Qəbələ-Bakı layihəsinin, digər layihələrin icrası, şəbəkənin yeniləşdirilməsi nəticəsində biz Bakını da içməli su ilə təmin edirik. Ancaq hələ ki, Bakıda görüləsi işlər çoxdur. Goranboyda isə artıq bu işlər başa çatıb”.

İlham Əliyev xatırladıb ki, bu il “Sənaye ili”dir. Əlbəttə, sənaye potensialımızın inkişafı işsizliyin də aşağı səviyyədə saxlanılmasına xidmət göstərəcək: “Bu gün Azərbaycanda işsizlik çox aşağı səviyyədədir, ancaq ümumiyyətlə olmamalıdır. Azərbaycanda əhali artır. Belə olan halda iqtisadiyyat da, iş yerlərinin yaradılması da buna uyğun şəkildə artmalıdır. Çünki biz ölkəmizin dayanıqlı inkişafını təmin edirik. Təbii resurslarımız var və biz onlardan da səmərəli şəkildə istifadə edirik. Keçən ay “Cənub” qaz dəhlizinin təməli qoyulmuşdur. Bu da bundan sonra onilliklər ərzində bizim üçün həm maliyyə-gəlir mənbəyi olacaq, eyni zamanda, bizim dünya miqyasında mövqelərimizi daha da möhkəmlədəcək. Kənd təsərrüfatı, regionların inkişafı, belə gözəl infrastruktur layihələrinin icrası bugünkü Azərbaycanın reallıqlarıdır. Bunu biz yaratmışıq, Azərbaycan xalqı öz zəhməti, istedadı hesabına yaradıb, bunu bizim siyasətimiz mümkün etmişdir”.

Dövlət başçısı qeyd edib ki, bu gün dünya miqyasında iqtisadi inkişaf baxımından Azərbaycan kimi sürətlə inkişaf edən ikinci ölkə yoxdur: “Hər tərəf od tutub yanır. Bizim ətrafımızda münaqişələr, qanlı toqquşmalar, müharibələr baş verir. Azərbaycan sabitlik, əmin-amanlıq və inkişaf adasıdır. Biz ölkəmizi, vətəndaşlarımızı bütün bəlalardan, mümkün olan bütün təhlükələrdən, risklərdən qoruyuruq və qoruyacağıq. Azərbaycan xalqı daha da yaxşı yaşamalıdır, buna layiqdir. Azərbaycan dövləti bunu təmin edəcək. Bax, bugünkü layihə bunu bir daha göstərir”.

 

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
67 yaşlı ulduzdan alt paltarsız - FOTOLAR
13:07 21.08.2025
67 yaşlı ulduzdan alt paltarsız - FOTOLAR
"Naxçıvan Muxtar Respublikasında dəmir yolunu tam müasirləşdirəcəyik"
13:06 21.08.2025
"Naxçıvan Muxtar Respublikasında dəmir yolunu tam müasirləşdirəcəyik"
Hikmət Hacıyev Pakistan səfiri ilə görüşüb
13:03 21.08.2025
Hikmət Hacıyev Pakistan səfiri ilə görüşüb
"Azərbaycanla sərhəd məntəqələrində yeni tənzimləmə prinsipləri tətbiq etməyi planlaşdırırıq"
13:00 21.08.2025
"Azərbaycanla sərhəd məntəqələrində yeni tənzimləmə prinsipləri tətbiq etməyi planlaşdırırıq"
İlham Əliyev: Mənfur Minsk qrupu artıq son günlərini yaşayır
12:59 21.08.2025
İlham Əliyev: Mənfur Minsk qrupu artıq son günlərini yaşayır
“Ermənistanın bu qədər silah almaq üçün pulu yox idi”
12:51 21.08.2025
“Ermənistanın bu qədər silah almaq üçün pulu yox idi”
Prezident: Kəlbəcər indi dünyanın ən gözəl mənzərəli şəhərlərindən birinə çevrilir
12:28 21.08.2025
Prezident: Kəlbəcər indi dünyanın ən gözəl mənzərəli şəhərlərindən birinə çevrilir
"Vaşinqtonda Azərbaycanla imzalanmış sazişlə yeni inkişaf mərhələsinə qədəm qoyuruq"
12:23 21.08.2025
"Vaşinqtonda Azərbaycanla imzalanmış sazişlə yeni inkişaf mərhələsinə qədəm qoyuruq"
İlham Əliyev: Gələn il Kəlbəcər şəhərində gözəl məktəb istifadəyə veriləcək
12:22 21.08.2025
İlham Əliyev: Gələn il Kəlbəcər şəhərində gözəl məktəb istifadəyə veriləcək
Şəmkirdə dönərdən kütləvi zəhərlənmə ilə bağlı AQTA-dan AÇIQLAMA
12:20 21.08.2025
Şəmkirdə dönərdən kütləvi zəhərlənmə ilə bağlı AQTA-dan AÇIQLAMA
Rəqsanənin əri Fazil Əmiraslanov istintaqa cəlb olundu
11:54 21.08.2025
Rəqsanənin əri Fazil Əmiraslanov istintaqa cəlb olundu
Naxçıvanda müayinəyə gələn hamilə xəstəxanada ölüb
11:52 21.08.2025
Naxçıvanda müayinəyə gələn hamilə xəstəxanada ölüb
Dağıstan-Azərbaycan sərhədində bir nəfər əcnəbi saxlanıldı
11:49 21.08.2025
Dağıstan-Azərbaycan sərhədində bir nəfər əcnəbi saxlanıldı
Mingəçevir şəhər əhalisinin su və kanalizasiya təchizatı yaxşılaşdırılır - VİDEO
11:47 21.08.2025
Mingəçevir şəhər əhalisinin su və kanalizasiya təchizatı yaxşılaşdırılır - VİDEO
AQTA: Şəmkirdə 20 nəfərin zəhərləndiyi kafenin fəaliyyəti məhdudlaşdırılıb
11:45 21.08.2025
AQTA: Şəmkirdə 20 nəfərin zəhərləndiyi kafenin fəaliyyəti məhdudlaşdırılıb
Filiala getmədən ödənişsiz rəqəmsal kart əldə et
11:43 21.08.2025
Filiala getmədən ödənişsiz rəqəmsal kart əldə et