Biz nə vaxt öləcəyik?

MARAQLI
13:12 20.11.2012
1627
Elm adamları nə zaman öləcəyimiz müəyyən edən geni tapıblar. ANS PRESS-in Türkiyə mətbuatına istinadla verdiyi məlumata görə, ölümü təqribi müəyyən edən geni mütəxəssislər "Parkinson" və "Alzheimer" xəstəlikləri üzərində araşdırma apararkən müəyyən ediblər. Amerikalı elm adamları 65 yaşdan yuxarı olan 1200 sağlam insanın yuxu vərdişləri üzərində araşdırma aparıblar. Ölüm geni də təsadüfən bu zaman aşkar edilib. Bu məlumatlara əsaslanan Bostondakı "Israel Deaconess" tibb mərkəzinin nevralogiya bölməsinin mütəxəssisləri ürək və iflic xəstələrinin nə zaman dərman qəbul etməsi gərəkdiyini tapa biləcəklərini deyiblər. Bu əlamətlərə görə, insanları 3 tipə bölmək olar: AA,GG və qarışıq AG. AA genotipli insanlar GG tplilərdən 1 saat, AG isə yarım saat tez yuxudan oyanırlar. AA doğulmaq ehtimalı 36, GG 16, AG variasiyası isə 48 faizdir.
OXŞAR XƏBƏRLƏR