"Biz Rusiya-Azərbaycan münasibətlərini qoruyuruq" - Oqtay Əsədov

"Biz Rusiya-Azərbaycan münasibətlərini qoruyuruq" - Oqtay Əsədov
SİYASƏT
12:42 05.06.2014
1039
“Azərbaycan slavyan ölkəsi deyil, amma burada 300 rusdilli məktəb fəaliyyət göstərir”.
Moskvada Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədovla Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko arasında görüş keçirilib.
AZXEBER.COM SalamNews-a istinadən xəbər verir ki, Rusiya Federasiya Şurasında keçirilən görüşdə Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu, Milli Məclisin komitə sədrləri Arif Rəhimzadə, Əli Hüseynli, deputatlardan Ülvi Quliyev, Mixail Zabelin, Muxtar Babayev, parlament aparatının rəhbəri Səfa Mirzəyev və rusiyalı senatorlar iştirak ediblər.
Görüş zamanı parlamentlər səviyyəsində iki ölkə arasındakı münasibətlərin inkişaf perspektivləri, qanun yaradıcılığı sahəsində təcrübə və informasiya mübadiləsi, deputatların qarşılıqlı səfərləri, ölkələrimiz arasında həyatın müxtəlif sahələrində ikitərəfli əməkdaşlığın daha da genişləndirilməsi və digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.
Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko Oqtay Əsədovun başçılıq etdiyi Azərbaycan parlamentinin nümayəndə heyətini Moskvada görməkdən məmnun olduğunu söyləyib:
“Təbii ki, belə görüşlər zamanı həm ikitərəfli münasibətləri, həm də gündəmdə olan beynəlxalq vəziyyəti müzakirə etmək mümkündür. Rusiya üçün Azərbaycanla münasibətlər strateji xarakter daşıyır. İki ölkə arasında siyasi, iqtisadi və hümanitar əlaqələr yüksək sürətlə inkişaf edir.
Mən, Rusiya prezidenti Vladimir Putinin keçən il Azərbaycana etdiyi səfəri xatırlatmaq istərdim. Bu səfər Rusiya-Azərbaycan münasibətlərinə yeni impuls verdi. İki ölkə arasında müxtəlif sahələrə dair anlaşmalar əldə olundu. Daha sonra Azərbaycan prezidenti cənab İlham Əliyevin Soçi Olimpiyadasının açılış mərasimində iştirakı iki ölkə arsında münasibətlərin inkişafının göstəricisidir.
Rusiya Azərbaycanla siyasi dialoqu yüksək səviyyədə davam etdirir. Bizim ölkələrin parlamentləri də dövlətlərarası münasibətlərin inkişafında mühüm rol oynayır.
Biz Azərbaycan parlamenti ilə münasibətlərimizi yüksək qiymətləndiririk. İki ölkənin parlamentlərarası komissiyası fəaliyyət göstərir. Rusiya federasiya Şurasından İlyas Umaxanovun rəhbərlik etdiyi komissiya ən aktiv komissiyadır. Hesab edirəm ki, bu komissiyanın potensialı tükənməzdir. Biz beynəlxalq təşkilatlar çərçivəsində də parlamentlərarası əlaqələrimizin dərinləşməsində maraqlayıb. AŞPA, ATƏT və digər beynəlxalq təşkilatlarda hər iki ölkənin parlamentariləri əməkdaşlıq edirlər”.
O, Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinə Rusiyaya qarşı qətnamənin qəbulunun əleyhinə səs verdiyinə görə təşəkkür edib:
“Rusiya nümayəndə heyəti də AŞPA-da siyasi məhbuslar haqqında anti-Azərbaycan qətnaməsinin qəbulunu dəstəkləməyib. Bu gün Azərbaycanla Rusiyanın regionları arasında iqtisadi əlaqələr inkişaf edir. Rusiyada və Azərbaycanda keçirilən regional forumlar bu əlaqələrin yüksək səviyyədə olduğunu göstərir. Keçən il Volqaqradda keçirilən regionlararası forum uğurlu oldu.
Ümid edirik ki, bu il Qəbələdə keçiriləcək regionlararası forum da iki ölkə üçün uğurlu olacaq. Hər il Azərbaycanda keçirilən Bakı Beynəlxalq Humanitar forumu iki ölkə arasında humanitar sahədə əlaqələrin inkişafına müsbət təkan verib. Biz Azərbaycan prezidentinə hər il bu forumun təşkilinə görə təşəkkürmüzü bildiririk”.
Oqtay Əsədov da çıxışında iki ölkə arasında münasibətlərin yüksək səviyyədə olduğunu söyləyib:
“Keçən il Rusiya prezidentinin Azərbaycana səfəri iki ölkə arasındakı münasibətlərə yeni təkan verdi. İqtisadi ticarət əlaqələri, iki ölkə arasındakı ticarət dövriyyəsi ilbəil artır. Bu gün Azərbaycan-Rusiya arasında humanitar əlaqələr də yüksək sürətlə inkişaf edir.
Baxmayaraq ki, Azərbaycan slavyan ölkəsi deyil, amma burada 300 rusdilli məktəb fəaliyyət göstərir. Bütün ali təhsil ocaqlarında rus bölməsi mövcuddur. Biz Rusiya-Azərbaycan münasibətlərini qoruyuruq”.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
ABŞ Dövlət Departamenti azərbaycanlı jurnalistin sualını cavablandırdı: “Azərbaycan və Ermənistanın sülh istəyini dəstəkləyirik”
02:57 11.07.2025
ABŞ Dövlət Departamenti azərbaycanlı jurnalistin sualını cavablandırdı: “Azərbaycan və Ermənistanın sülh istəyini dəstəkləyirik”
Ermənistan XİN: İlham Əliyevlə Nikol Paşinyanın Əbu-Dabi görüşü uğurlu olub
23:54 10.07.2025
Ermənistan XİN: İlham Əliyevlə Nikol Paşinyanın Əbu-Dabi görüşü uğurlu olub
Sabah bu ərazilərdə işıq olmayacaq
23:38 10.07.2025
Sabah bu ərazilərdə işıq olmayacaq
Temmi Bryus: ABŞ Azərbaycan və Ermənistanın sülh istəyini dəstəkləyir
23:29 10.07.2025
Temmi Bryus: ABŞ Azərbaycan və Ermənistanın sülh istəyini dəstəkləyir
Rubio: Putin və Trampın görüşü hələlik planlaşdırılmayıb
23:11 10.07.2025
Rubio: Putin və Trampın görüşü hələlik planlaşdırılmayıb
"Sabah" doğma meydanda Sloveniya klubuna məğlub oldu
22:53 10.07.2025
"Sabah" doğma meydanda Sloveniya klubuna məğlub oldu
ANAMA-nın əməkdaşı Füzulidə yol qəzasına düşüb, xəsarət alanlar var
22:43 10.07.2025
ANAMA-nın əməkdaşı Füzulidə yol qəzasına düşüb, xəsarət alanlar var
Şəmkirdə yaşayış binasında baş verən yanğın məhdudlaşdırıldı
22:28 10.07.2025
Şəmkirdə yaşayış binasında baş verən yanğın məhdudlaşdırıldı
Prezident BƏƏ səfərindən paylaşım etdi - VİDEO
22:18 10.07.2025
Prezident BƏƏ səfərindən paylaşım etdi - VİDEO
Professor Mirzə Qurbanov vəfat edib
22:12 10.07.2025
Professor Mirzə Qurbanov vəfat edib
Şəmkirdə ikimərtəbəli yaşayış binasında yanğın baş verdi, sakinlər təxliyə olundu
22:07 10.07.2025
Şəmkirdə ikimərtəbəli yaşayış binasında yanğın baş verdi, sakinlər təxliyə olundu
Britaniya və Fransa nüvə qüvvələrinin koordinasiyası sahəsində əməkdaşlıq barədə saziş imzalayıb
21:51 10.07.2025
Britaniya və Fransa nüvə qüvvələrinin koordinasiyası sahəsində əməkdaşlıq barədə saziş imzalayıb
Bitkoinin qiyməti tarixinin ən yüksək həddinə çatıb
21:46 10.07.2025
Bitkoinin qiyməti tarixinin ən yüksək həddinə çatıb
Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə səfəri başa çatıb - FOTOLAR
21:33 10.07.2025
Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə səfəri başa çatıb - FOTOLAR
Milli Məclisin sədri Sahibə Qafarova Bosniya və Herseqovinaya səfər edib - FOTO
21:30 10.07.2025
Milli Məclisin sədri Sahibə Qafarova Bosniya və Herseqovinaya səfər edib - FOTO
Laçında insan skeletinin qalıqları tapıldı
21:12 10.07.2025
Laçında insan skeletinin qalıqları tapıldı