''Biz yenidən dünya çempionu olmaq istəyirik''

İDMAN
15:00 12.10.2012
1277
Azərbaycanda keçirilən 17 yaşadək qızlardan ibarət dünya çempionatının finalçısı olan KXDR-in baş məşqçisi Yonq Bonq Hvanq nikbindir.
Apasport.az saytının məlumatına görə, bu gün keçirilən mətbuat konfransında fikirlərini qısaca bildirən çalışdırıcı finaldakı rəqibini qiymətləndirib.Hvanqın sabah saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda Fransa ilə final oyununda qələbəyə böyük inamı var: “Düşünürəm ki, sona qalan 4 komandanın hamısı çox güclüdür. Ancaq Almaniya və Fransanı xüsusilə qeyd etmək istərdik. Yığmamız yenidən dünya çempionu olmaq istəyir və bunun üçün finalda güclü rəqibə qalib gəlməliyik”.Qeyd edək ki, ölkəmizdə keçirilən turnirin məğlubedilməz komandası olan KXDR ilk dünya çempionatının – 2008-ci ildə Yeni Zelandiyada keçirilən yarışın qalibi olub.

OXŞAR XƏBƏRLƏR