"Bizdə kasıblar Allaha, varlılar isə falçılara inanır" - Emin Əfəndi

"Bizdə kasıblar Allaha, varlılar isə falçılara inanır" - Emin Əfəndi
SOSİAL
16:53 14.09.2020
1861
"Məncə Allaha inanmaq pulsuz olduğundan bizdə kasıblar Allaha, varlılar isə falçılara inanır. Burada başqa səbəb axtarmaq lazım deyil.
Həmişə belə düşünmüşəm, indi də bu fikirdəyəm ki, məmləkətdə nə qədər savadsız adam olsa, o qədər də falçılar çox olacaq".
 
AZXEBER.COM xəbər verir ki, bu sözləri tanınmış prodüser Emin Əfəndi "telegram" kanalında yazıb.
 
O deyib ki, falçılara inam cəhalətdən xəbər verir: "Əlbəttə burada söhbət universitet savadından getmir. Bizdə universitet "savadı” çoxdandır ki, adamı heç nədən qorumur. Nə cəhalətdən, nə imkansızlıqdan, nə də ki falçılardan. Qoruya biləcək bir şey varsa, o da əsgərlikdən, cəmi bir neçə il müddətində.
Son hadisələr isə onu göstərdi ki, sonuncu qoruyucu vasitə də aktuallığını itirir.
 
Biz millət, dövlət və xalq olaraq ən böyük mübarizəmizə, daha doğrusu müharibəmizə hazırlaşırıq. Müharibədə isə bildiyiniz kimi bütün vasitələr yararlıdır. Ölkəmizin məşhur müğənniləri, falçıları və İnstagram fenomenləri artıq Vətən müharibəsində geyinəcək hərbi paltarları belə "primerkadan” keçirib şəkillərini çəkib paylaşıblar. Qaldı "xırda məsələ”, - müharibəni başlamaq.

OXŞAR XƏBƏRLƏR