“Bizə pul verməyin, bizə imkan verin”- deyən kənd qadınlarımız BMT-nin diqqətini çəkdi

MARAQLI
21:31 26.04.2022
567
2018-ci ildən bəri ölkədə yayılmağa başlayan və kəndlərimizdə pozitiv dalğaya çevrilən Qadın Özünə-kömək Qruplarının üzvləri maraqlı təşəbbüsləri və modern çağırışları ilə mediada diqqət çəkməyi bacarıblar.

AZXEBER.COM xəbər verir ki, kənd qadınlarının qısa müddətdə əldə etdiyi biznes uğurları, həyatlarını yenidən qurama bacarıqları, qadına şiddətə qarşı güclərini birləşdirmələri, ictimai həyatda böyük nüfuz qazanmaları BMT-nin Azərbaycandakı ofisinin də nəzərindən qaçmayıb.
 
Qadın Özünə-kömək modelinin yerli inkişafı ilə maraqlanan BMT-nin Azərbaycandakı Rezident Əlaqələndiricisi Vladanka Andreyeva Azərbaycan Kənd Qadınları Assosiasiyasının sədri Gülbəniz Qənbərovanı qəbul edib. AKQA rəhbəri modelin kənd qadınlarının həyatına gətirdiyi müsbət dəyişikliklər, kollektiv bizneslərin uğuru, Qadın İnkişaf və Müəssisə Qruplarının böyüyərək, hüquqi status almaqla Qadın Kooperativlərinə çevrilməsi prosesində Assosiasiyanın rolundan danışıb.

BMT-nin Azərbaycandakı Rezident Əlaqələndiricisinin Müşaviri Şəmsiyyə Mustafayevanın da iştirakı ilə reallaşan görüşdə qeyd olunub ki, kənd qadınları regionların sosial və iqtisadi inkişafı üçün gizli və olduqca güclü potensialdır. Bunu təbliğ etmək, cəmiyyətə inteqrasiyasını sürətləndirmək və qadınların resurslara çıxışını asanlaşdırmaq onlar üçün təməl ehtiyacdır. AKQA-nın "Kənd Qadınlarının Rəqəmsal Gücləndirilməsi” kompaniyasına başlaması da bu baxımdan təqdirəlayiq addımdır. Vladanka Andreyeva bu sahədə məsləhətlər verərək, yaxın zamanda regionlara səfər edərkən Qadın Qruplarına baş çəkmək fikrində olduğunu bildirib.

Görüşün sonunda Gülbəniz Qənbərova Assosiasiyanın rəmzi şərflərini və nişanları BMT əməkdaşlarına hədiyyə edib.

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

00:45 20.05.2022

Bu istiqamətlərdə rus ordusunun 40 hərbçisi məhv edildi

00:34 20.05.2022

Zelenski: "Ukrayna qalib gələcək, amma bu, on minlərlə insanın həyatı bahasına olacaq"

00:28 20.05.2022

Kulebadan SƏRT MESAJ: "Buna heç kimin siyasi hüququ yoxdur, Ukrayna öz qələbəsinin...

00:22 20.05.2022

“Azov” alayının komandir müavini: “Azovstal”da əməliyyat gedir” - VİDEO

00:14 20.05.2022

Çin liderindən Rusiyaya şok mesaj - “Buna görə hansısa ölkəni qurban vermək...”

00:07 20.05.2022

Bürclər bu günə nə deyir?

23:58 19.05.2022

Dünyanı qorxuya salan "meymun çiçəyi" virusu: Əlamətləri nədir?

23:56 19.05.2022

Rihanna ilk övladını dünyaya gətirdi - OĞLU OLDU

23:40 19.05.2022

ÜST Çinin COVID-19 peyvəndi “Convidecia”nın tətbiqini təsdiqlədi

23:26 19.05.2022

Bu ölkə Ukraynaya 25 min ton benzin tədarük edəcək

23:08 19.05.2022

NATO 42 minlik qüvvəni döyüş vəziyyətinə gətirdi - Yeni müharibə baş verəcək?

22:54 19.05.2022

Quterreş Ukraynada atəşkəs üçün hərəkətə keçməyə çağırdı

22:45 19.05.2022

Ərdoğan: "Nə Putin, nə də Zelenski ilə əlaqələri kəsə bilərəm"

22:40 19.05.2022

Mədəniyyət Nazirliyi Vaqif Əsədovun ölümü ilə bağlı nekroloq yaydı

22:33 19.05.2022

“Mercedes-Benz” 17 000-dən çox avtomobili geri çağırır - Səbəbi AÇIQLANDI

22:27 19.05.2022

Türkiyə İsveçin NATO-ya üzvlüyünü təsdiqləməsi üçün ən vacib şərtini açıqladı