“Bizim federasiyamıza aid idman klubları şəhid ailələri üçün pulsuzdur” - Tural Alışanlı

“Bizim federasiyamıza aid idman klubları şəhid ailələri üçün pulsuzdur” - Tural Alışanlı
İDMAN
10:33 30.10.2018
5050
 "Bundan böyük qurur duyuram"
 
Kung-Fu federasiyasının vitse-prezidenti və "Alışan” idman klubunun prezidenti Tural Alışanlı AZXEBER.COM-a müsahibə verib.

 - İlk öncə özünüz haqda oxucularımıza məlumat verərdiz…

- Tural Alışanlı Kung-Fu federasiyasının vitse-prezidentiyəm. Bununla yanaşı dövlət və fərdi sifarişləri həyata keçirən tikinti şirkətlərinin sahibiyəm. 

- Necə oldu ki bu sahəyə marağınız yarandı və federasiyaya gəldiniz? 

- Mən daima dövlətimizin maraqlarına uyğun hərəkət etməyə çalışmışam. İlk olaraq təklif federasiyanın prezidenti olan Nurlan Aslanovdan təklif  və dəyərləndirdim. O mənə Kunq-Fu federasiyasının vitse-prezidenti olmağı təklif etdi. Mən də dövlətə xidmətin bir hissəsi olaraq idmançıların yanında olmağı qəbul etdim. Bildiyimiz kimi, prezident İlham Əliyevin idmana daim diqqəti və qayğısı var. Mən də bir sahibkar kimi bu təklifi qəbul edərək daima dövlətimizin maraqlarına uyğun hərəkət etməyə çalışmışam..Təklifi qəbul edərkən qarşıma əsas məqsəd kimi ölkədə Kunq-Fu məktəbinin yaranması qoyuldu. Digər idman növləri kimi Kung-Fu da ölkədə tanıdılmalıdır. Və biz bunun üçün xeyli işlər görmüşük . 
 

 


- Artıq neçə ildir vitse-prezident olaraq fəaliyyət göstərirsiniz? 

- Bir ili hələ tamamlamamışam, may ayında təyinatımın bir ili tamam olacaq 

- Bir az da federasiya haqda danışaq. Federasiya nə zaman yaranıb?

 - Azərbaycanda ilk yaranan federasiyalardan olan Kung-Fu federasiyasinin əsası 1992-ci ildə qoyulub. İdmanın digər növlərinə nisbətən Kunq-Fu az inkişaf edib. Ancaq federasiya rəhbərinin Kung-Fu idman növü üzrə dünya və avropa çempionu olması, bu idman növünün inkişafı üçün müsbət göstəricidir. Bu idman növünə maraq və diqqəti artırmaq üçün biz bu il may ayının 26-28-də respublika üzrə Kung-Fu çempionatı keçirdik. Deyə bilərəm ki, gənclərin diqqətini bu idman növünə çəkməyi bacardıq.

 - Bu idman növünə marağı necə qiymətləndirirsiniz? 

- Çində yaranan bu idman növü dünyanın ən qədim idman növlərindən sayılır. Fəlsəfəsi olan bu idman növü daha çox müdafiə xarakteri daşıyan əlbəyaxa döyüş növüdür. İdmanın digər növlərinə nisbətən Kung-Fu ölkəmizdə az inkişaf edib.
 

 


 - Beynəlxalq yarışlarda iştirak etmək üçün federasiya tərəfindən hər hansı hazırlıqlar görülür? 

- Təbii ki, biz daima idmançıların yanında olaraq, onların xarici ölkələrdə keçirilən yarışlarda iştirakını təmin etmişik. Buna misal olaraq deyə bilərəm ki, Dağıstanda keçirilən beynəlxalq Kung-Fu çempionatında idmançılarımız iştirak edib. Dekabr ayında Tailandda Kung-Fu idmanı üzrə dünya çempionatı keçirilək. Çalışacağıq ki, bu çempionatda iştirak edək. 

- Federasiyanin ümumi maddi durumunu necə qiymətləndirirsiniz? 

- Federasiyamızın 1992-ci ildən fəaliyyət göstərməsinə baxmaraq ilk yarandığı gündən maddi bazamız olmayıb. İndi isə maddi baza yaratmağa çalışıqrıq.Bu istiqamətmə müəyyən işlər görürük. 
 

 


- Bu idman növünə yeni başlayan gənclər üçün zalların sayı nə qədərdir? Federasiyanın tərkibində neçə zal var? 

Bizim üçün prioritet məsələ yeniyetmə gənclərin yetişdirilməsidir.  Respublikada Kung-Fu federasiyasi ilə işləyən 30-dan artıq klub var. Bu klublarda istər bu sahəyə yeni gələn istərsə də, illərdir bu idmanla məşğul olan idmançıalara hər bir şərait yaradılıb. Bunun nəticəsi olaraq onu deyə bilərəm ki, bu klublarımızda 1000-dən çox idmançı var. Biz peşəkar idmançıları da diqqətdən kənarda qoymuruq. Bundan başqa bizim federasiya prezidenti Nurlan Aslanovun da tapşırıqları ilə bölgələrdə gənclərlə görüşlərimiz və məlumatlandırıcı seminarlarımız baş tutur. Məqsədimiz bölgələrdəki uşaq cinayətlərinin və narkomaniyaya qarşı köklü mübarizə aparmaq üçün əlimizdəki şəraitdən maksimum istifadə etməkdi. Ümumiyyətlə, gənclərin, yeniyetmələrin pis vərdişlərdən çəkindirərək, faydalı sahələrə yönəltmək, sağlam həyat-tərzi üçün dəstək olmaq prioritet məsələmizdi.  Bu üzdən onlara idmanı sevdirək və federasiyamızın nəzdində fəaliyyət göstərən klublara üz tutmaları üçün onlarda inam və sevgi yaratmaq əzmindəyik. Hər bir azərbaycanlı gəncin uğuruna zəmin yaradaraq, vətənimizin, dövlətimizin adının ucalmasında, bayrağımızın dünya arenalarında dalğalamasından çox böyük qürur duyaram.  Bu mənada böyük işlər görmüşük. Bu işlərimiz gələcək illərdə də davam etdiriləcək. 
 

 

Azərbaycanda bu idman növü üzrə Dünya və Avropa çempionları kimlərdir?

- Əlbəttə, mən bayaq vurğuladım ki, federasiyanın prezidenti Nurlan Aslanov Avropa və Dünya çempionudur. Ondan başqa Ellər Orucov, 8 qat dünya çempionu Ramil Allahverdiyevin və digərlərinin adını çəkə bilərəm. 

Azərbaycanda idmanın indiki durumunu necə qiymətləndirirsiniz? 

- Azərbaycan beynəlxalq arenada idman ölkəsi kimi tanınır. Hər il dekabr ayında prezidentin idmançılarla xüsusi görüşü olur ki, bu da idman sahəsinə yeni gələn gəclərə xüsusi stimul verir. Məhz buna görə də son illər ölkəmiz bir çox beynəlxalq idman yarışalarına ev sahibliyi edib. Bu işlərin görülməsində ölkə başçısı İlham Əliyevin iradəsi öz sözünü deyir. Azərbaycan bu illər ərzində dünyaya idman ölkəsi olduğunu sübut edib. Təsadüfi deyil ki, idmanın bütün sahələrində yüksək nailiyyətlərimiz olur. Bu nailiyyətlər bizim hər birimizi sevindirir və idmanın inkişafına bir fərd kimi bizim də dəstək olmağımız üçün stimul yaradır. 

 

 


 - Bu sahədə neçə hakim var? Beynəlxalq yarışlarda iştirak edən hakimlərimiz varmı? 

Bəli, bizim federasiyada baş hakim olan Babək Əliyev dəfələrlə beynəlxalq yarışların qalibi olub. Beynəlxalq yarışlarda da iştirak edir.

-Bildiyimiz qədəri ilə sizin özünüzün də federasiyanın inkişafı üçün açdığınız klublar fəaliyyət göstərir. Bu haqda oxucularımız üçün məlumat verməyinizi xahiş edirik. 

Mən oktyabır ayının 2-də Bərdə şəhərində norkamaniyaya qarşı mübarizə və uşaq cinayətlərinin azaldılması istiqamətində yeni bir addım atdıq. Bərdədə "ALIŞAN” idman klubunun fəaliyyətinə başladıq. Bir məlumatı da diqqətinizə çatdırmaq istərdim. Tək "ALIŞAN” klubu deyil, federasiyamızın digər klubları şəhid, Qarabağ müharibəsi əlillərinin ailə üzvlərinə və maddi imkanı olmayan ailələrin övladları üçün ödənişsizdir. 
 


- Gələcək planlarınız haqda nə deyə bilərsiniz? 

- Əsas planımız Azərbaycanda Kung-Fu məktəbini yaratmaq, beynəlxalq çempionatlarda qalib olaraq himnimizi dünyada səsləndirməkdir. 

OXŞAR XƏBƏRLƏR