“Neftçi” klubunun sabiq baş məşqçisi Böyükağa Hacıyev azərbaycanlı futbolçuların “ulduz xəstəliyi”ndən danışıb.
AZXEBER.COM xəbər verir ki, apasport.az saytına açıqlama verən təcrübəli mütəxəssis yerli oyunçularla xariciləri müqayisə edib.
“Bizim futbolçular tez “şişirlər”, bilirsiz niyə? Çünki bu, mentalitetdən irəli gəlir. Bizdə futbolçu 200-250 minlik müqavilə imzalayan kimi, həmən “inomarka”, bahalı telefon alır, bir də dar cins şalvar. Bununla da futbol qurtardı”, – deyə Hacıyev bildirib.
Məşqçilər Komitəsinin üzvü olan çalışdırıcı əcnəbi futbolçuların fərqli xarakterdə olduqlarını əlavə edib: “Ulduz futbolçuları diqqətlə izləyirik. Pepe, Ronaldu, Messi, Suares, bunların hər birinin hesabında ən aşağısı 100 milyon pul var. Bu, milyonçuların futboludur. Onlar futbolu istəyərək oynayırlar. Bizimlə onların fərqi da məhz bundadır. Əfsuslar olsun ki, bizim futbolçular dərin fikirləşmirlər”.