“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində İsveçin “Gefle” klubu ilə ilk oyun öncəsi fikirlərini açıqlayıb.
AZXEBER.COM Azerisport.az-a istinadən müsahibəni təqdim edir:
- Bizi güclü komanda ilə oyun gözləyir. “Gefle” son matçlarında öz oyununu tapıb və inamlı futbol sərgiləyir. İsveç klubu taktiki və fiziki cəhətdən çox yaxşı hazırlıqlıdı. Onların üç oyun variantı var. Ona görə biz diqqətli olmalıyıq.
- Heyətlə bağlı hansısa dəyişiklik olacaq?
- Heyətlə bağlı problemlərimiz var. Vüqar Nadirov oynamayacaq. Həmçinin Reynaldo ilə Maksim Medvedevin də problemi var. Hər şeyə sabah aydınlıq gələcək. İstənilən halda, biz öz oyunumuzu sərgiləməyə çalışacağıq. Amma diqqətli olmağımız da vacibdi. Nəticənin necə olacağına baxarıq. İndi bircə onu deyə bilərəm ki, biz sadəcə qələbə qazanmaq istəyirik. Çünki ilk oyun bizim üçün çox vacibdi.
- Rəqib komanda hətta 0:3 hesabıyla uduzduğu oyunda da dönüş etməyi bacarır...
- Bizim hədəfimiz ilk oyunda qol buraxmadan qələbə qazanmaqdı. Bu, çox vacibdi. Ola bilər ki, oyun 0:0 bitsin. Bu da pis nəticə sayılmamalıdı. Amma qələbə qazanmağımız daha yaxşı olardı.
- “Qarabağ” Topaz Premyer Liqasının ilk turundakı “İnter”lə oyunun təxirə salınmasını istəmirsiz?
- Premyer Liqanın bütün oyunlarında iştirak etməyə çalışacağıq. Oynamaq lazımdı.