"Bizim Market” mağazalar şəbəkəsində vaxtı keçmiş çörəklər istehsal tarixi dəyişdirilərək satılır.
AZXEBER.COM məlumatına görə, bu haqda Bakı sakini, tanınmış jurnalist Mahir Məmmədli sosial şəbəkədə qeyd edib.
O, Əsəd Əhmədov küçəsindəki "Bizim Market” mağazasından çörək aldığını, amma evdə çörəyin köhnə olduğunu görəndən sonra üzərindəki etiketin iki dəfə yapışdırıldığının şahidi oluğunu yazıb. Belə ki, şikayətçi çörəyin üzərinə yapışdırılan kağızda istehsal tarixinin iki dəfə dəyişdirildiyini aşkarlayıb.