"Bizim millətdə belə bir şey var, kiminsə varlı olmağını, üzdə olmağını istəmirlər" - Manaf

MAQAZİN
16:39 06.01.2022
674
"Son vaxtlar kövrəlmişəm, yorulmuşam. İnsanlar o qədər etibarsız, haqsızdır ki… Kövrəlirəm, ağlayıram. Deyirəm, biz belə deyildik”.

AZXEBER.COM xəbər verir ki, bu sözləri müğənni Manaf Ağayev deyib.

Müğənni ona qarşı söylənilən tənqidlərdən danışıb. O bildirib ki, insanların ona qarşı aqressiv münasibətinə kövrəlir:

"10-15 il bundan öncə insanlar belə deyildi. Hər kəs çox aqressivdir. Düşünürlər ki, bu gün kimin torbasını tikək. Kaş rayondakı evim yerində olardı, özümə uyğun qonşum olardı. Çağırardım ki, gəl oturaq, bir tikə çörək yeyək, dərdləşək, bu insanları düşünməyək. Bezmişəm, kimsə zəng edəndə əllərim buz kimi olur ki, görəsən nə problemdir. 10 zəngən 1-i bəlkə hal-əhval soruşmaq üçün olar. Heç son zamanlar o da yoxdur. O qədər problemə görə zəng edirlər ki,artıq yorulmuşam. Bizim cəmiyyət niyə belə olub, anlamıram”.

Müğənni həmçinin "Mən kiməsə yaxşılıq edəndə qarşılıq unmuram. Əgər yaxşılıq edirəmsə, demək ki, içimdən gəldiyi üçün etmişəm. Amma bəzi insanlar var ki, özlərini elə aparırlar,sanki bunlar işləyir, mən isə çörəklərini yeyirəm. Bizim millətdə belə bir şey var, kiminsə varlı olmağını, üzdə olmağını istəmirlər. Ona görə özüm-özümə sual verirəm ki, mən nə etmişəm bunlara?” - deyə onu gözü götürməyən insanlardan gileylənib.

OXŞAR XƏBƏRLƏR