xari

"Bizim münasibətlərimiz artıq zamanın sınağından çıxıb"

SİYASƏT
22:47 14.04.2021
271
"Bu gün danışıqlar davam etdi. Biz xarici işlər nazirlərinin, habelə nümayəndə heyətlərinin üzvlərinin iştirakı ilə geniş tərkibdə ətraflı söhbət apardıq. Bizim münasibətlərimiz artıq zamanın sınağından çıxıb. Bu münasibətlərin çox yaxşı tarixi var. Biz qarşılıqlı əlaqələrimizin bütün dövründə həmişə münasibətlərimizin inkişafı ilə bağlı məsələləri həll etmişik".

AZXEBER.COM xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko ilə mətbuata bəyanatla çıxış edərkən deyib.

Azərbaycan Prezidenti bildirib:

"Bizim aramızda heç vaxt həll edilməmiş və ya hansısa operativ müdaxilə tələb edən məsələlər olmayıb. Biz hədəflərimizi çox dəqiq müəyyən etmişik, icraçılara konkret tapşırıqlar vermişik və qarşıya qoyulmuş məsələlərin reallaşdırılmasına nəzarət etmişik. Bundan ötrü müntəzəm görüşlər keçirmişik və keçiririk. Mən dəfələrlə Belarusa, Aleksandr Qriqoryeviç isə Azərbaycana səfər edib. Bizim görüşlərimiz müntəzəm xarakter daşıyır və yenə də belə olacaq. Pandemiya ilə əlaqədar bir qədər fasilə yaranıb, lakin vəziyyət imkan verən kimi biz Aleksandr Qriqoryeviçi salamlamağa çox şadıq və Azərbaycana səfər etməsi barədə dəvətimizi qəbul etdiyi üçün ona təşəkkürümü bildirmək istərdim".

OXŞAR XƏBƏRLƏR