Rəşad Aslanov: Türk dünyasının gələcəyi gənclərin əməkdaşlığından asılıdır

Rəşad Aslanov: Türk dünyasının gələcəyi gənclərin əməkdaşlığından asılıdır
SOSİAL
19:42 10.10.2026
111
Türk dünyası gənclərinin əməkdaşlığının genişləndirilməsi, təcrübə mübadiləsi və birgə təşəbbüslərin həyata keçirilməsi türk dövlətləri arasında qardaşlıq əlaqələrinin möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

Bunu Azərbaycanın Türkiyədəki səfiri Rəşad Aslanov Kocaeli şəhərində keçirilən "Türk Dünyası Gənclərinin Görüşü" ilə bağlı mətbuata açıqlamasında bildirib.

Səfir qeyd edib ki, Türk Dövlətləri Təşkilatı (TDT) ortaq tarix, dil və mədəniyyətə əsaslanan ailə təşkilatıdır.

O, Prezident İlham Əliyevin gənclərə daim xüsusi diqqət və qayğı göstərdiklərini vurğulayıb.

R. Aslanov bildirib ki, Qarabağın işğaldan azad edilməsindən sonra gənclər təşkilatlarının nümayəndələri bölgəyə səfər edərək aparılan bərpa və quruculuq işləri ilə tanış olurlar.

O həmçinin Xankəndi şəhərində Qarabağ Universitetinin yaradılmasının, gənclərin burada təhsil almasının və Türkiyə universitetlərinin əməkdaşlığa maraq göstərməsinin Azərbaycan gəncliyinin gələcəyi baxımından mühüm əhəmiyyət daşıdığını diqqətə çatdırıb.

///report///
OXŞAR XƏBƏRLƏR