'Bizim söz' geri döndü

MEDIA
17:54 20.04.2012
1883

“Bizim söz” qəzeti fəaliyyətini bərpa etdi

Ölkənin nüfuzlu nəşrlərindən olan, ziyalılar, yaradıcı adamlar arasında populyarlığı ilə seçilən “Bizim söz” qəzeti yenidən nəşrə başlayıb. Qəzet bu sayından etibarən Bakı Dövlət Universitetinin Kitabxanaçılıq-İnformasiya fakültəsinin nəzdindəki Tələbələrin Yaradıcılıq Klubunun təşkilati dəstəyi ilə nəşr ediləcək.

BDU-nun Mətbuat və informasiya şöbəsindən AZXEBER.COM-a verilən məlumata görə, Kitabxanaşünaslıq kafedrasının müdiri, professor Abuzər Xələfovun tövsiyələri, fakültənin dekanı dosent Azad Qurbanovun bilavasitə dəstəyi ilə nəşrə başlayan qəzetin bu sayında BDU-nun Kitabşünaslıq və Nəşriyyat işi kafedrasının müdiri, dosent Knyaz Aslanın fakültənin həyatına, xüsusilə son aylar fakültədə aparılan mühüm dəyişiklərə həsr edilmiş analitik məqaləsi “Kitabxanaçılıq-informasiya fakültəsi yeni inkişaf yollarında” başlığı ilə qəzetin əsas (manşet) məqaləsi kimi dərc edilib. Bu məqalədə ümumən universitetin, eləcə də fakültənin inkişafındakı xidmətlərinə görə BDU-nun rektoru akademik Abel Məhərrəmovun fəaliyyəti yüksək qiymətləndirilib. Bundan əlavə qəzetin yeni sayında professor Elçin Əfəndiyevin “Müasir humanitar təfəkkür” adlı məqaləsi, professor Abuzər Xələfovun, Dünya Gənc Türk Yazarlar Birliyinin başqanı Əkbər Qoşalının, Azərbaycan radiosunun əməkdaşı, şairə Günay Novruzun, Türkel-TV nin Baş direktor müavini Hikmət Əsgərovun maraqlı müsahibələri, Fikrət Sadığın, Elnur Bayramın, Əvəz Qurbanlının, Elşən Əzmin şeirləri, Arif Alimin hekayəsi və digər maraqlı yazılar dərc edilib.

Qəzetin baş redaktoru Ələmdar Cabbarlı, məsləhətçisi Knyaz Aslan, redaktoru Nofəl Ədalətdir. “Bizim söz” bütün tələbələri, gəncləri, yaradıcı insanları əməkdaşlığa dəvət edir. İstənilən mövzuda olan yazılar qəzetin elektron ünvanına ([email protected]/* */) göndərilə bilər.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Azərbaycanda məktəblərlə bağlı yeni qayda – Məcburi ola bilər
10:09 17.10.2026
Azərbaycanda məktəblərlə bağlı yeni qayda – Məcburi ola bilər
AQEM platformasında Azərbaycanın siyasi mesajları və strateji prioritetləri
10:07 17.10.2026
AQEM platformasında Azərbaycanın siyasi mesajları və strateji prioritetləri
Tramp: Ukraynadakı münaqişə başa çatmalıdır
09:54 17.10.2026
Tramp: Ukraynadakı münaqişə başa çatmalıdır
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanılıb
09:42 17.10.2026
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanılıb
Füzuliyə köçürülmüş sakinlərdən 1100-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib
09:34 17.10.2026
Füzuliyə köçürülmüş sakinlərdən 1100-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib
Füzuli şəhərinə 9 ayda 125 milyon manata yaxın investisiya yatırılıb
09:29 17.10.2026
Füzuli şəhərinə 9 ayda 125 milyon manata yaxın investisiya yatırılıb
İstanbulda sel fəlakəti: Həlak olanların sayı artdı
09:21 17.10.2026
İstanbulda sel fəlakəti: Həlak olanların sayı artdı
İran ABŞ-nin mümkün hücumlarına qarşı hava hücumundan müdafiə sistemini gücləndirib
09:14 17.10.2026
İran ABŞ-nin mümkün hücumlarına qarşı hava hücumundan müdafiə sistemini gücləndirib
Azərbaycan Premyer Liqası: "Qarabağ" bu gün "Neftçi"ni qəbul edir
09:03 17.10.2026
Azərbaycan Premyer Liqası: "Qarabağ" bu gün "Neftçi"ni qəbul edir
SEPAH: Hörmüz boğazından keçməyə çalışan supertanker minaya düşüb
08:59 17.10.2026
SEPAH: Hörmüz boğazından keçməyə çalışan supertanker minaya düşüb
Meksika sahillərində gəmi qəzası nəticəsində 11 nəfər itkin düşüb
08:52 17.10.2026
Meksika sahillərində gəmi qəzası nəticəsində 11 nəfər itkin düşüb
ABŞ-də məktəbə silahlı hücum edən şəxs həmin məktəbin keçmiş şagirdi imiş
08:45 17.10.2026
ABŞ-də məktəbə silahlı hücum edən şəxs həmin məktəbin keçmiş şagirdi imiş
İran Hörmüzün açılması üçün şərtini açıqladı
08:37 17.10.2026
İran Hörmüzün açılması üçün şərtini açıqladı
Türkiyədə dönərdən 88 nəfər zəhərləndi - 77-si şagirddir
08:30 17.10.2026
Türkiyədə dönərdən 88 nəfər zəhərləndi - 77-si şagirddir
KİV: ABŞ Ukraynaya silah tədarükünü məhdudlaşdıra bilər
08:23 17.10.2026
KİV: ABŞ Ukraynaya silah tədarükünü məhdudlaşdıra bilər
Tramp ABŞ-nin əvvəlki hərbi kampaniyalarını pisləyib
08:16 17.10.2026
Tramp ABŞ-nin əvvəlki hərbi kampaniyalarını pisləyib