‘Bizim tariximiz, mədəniyyətimiz, tarixi irsimiz xalqlarımız üçün çox qiymətlidir, dəyərlidir’ - FOTOLAR

‘Bizim tariximiz, mədəniyyətimiz, tarixi irsimiz xalqlarımız üçün çox qiymətlidir, dəyərlidir’ -  FOTOLAR
Siyasət
16:45 09.04.2014
1575

"Əminəm ki, bütün qarşımıza qoyduğumuz məqsədlərə çatacağıq və birgə səylərlə İran-Azərbaycan əlaqələrini daha da yüksək pilləyə qaldıracağıq"

"Cənab Prezident, ilk növbədə dəvətə görə, mənə və nümayəndə heyətinə göstərdiyiniz qonaqpərvərliyə görə Sizə öz dərin minnətdarlığımı bildirmək istəyirəm. Qardaş İran torpağında olmağımdan çox məmnunam. Əminəm ki, mənim səfərim İran-Azərbaycan əlaqələrinin inkişafı üçün mühüm addım olacaqdır. Fürsətdən istifadə edərək, cənab Prezident, Sizi münasib olan vaxtda Azərbaycana rəsmi səfərə dəvət etmək istəyirəm".

AZXEBER.COM-un Trend-ə istinadən verdiyi xəbərə görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev Tehranda İran Prezidenti Həsən Ruhani ilə birgə mətbuat konfransında çıxışı zamanı deyib. Dövlət başçısı qeyd edib ki, bu, onun İrana üçüncü rəsmi səfəridir: "Səfərlərin sayı özlüyündə bir göstəricidir. Biz istəyirik ki, əlaqələrimiz bütün sahələrdə uğurla inkişaf etsin və buna nail olmaq üçün indi çox gözəl imkanlar vardır. Biz ilin əvvəlində cənab Prezident Ruhani ilə Davosda görüşmüşük. Bu gün isə İranda bizim siyasi dialoqumuz davam edir. Biz bu gün ikitərəfli əlaqələrimizin müxtəlif aspektlərini geniş və səmimiyyətlə müzakirə etdik. Biz beynəlxalq təşkilatlarda çox uğurlu fəaliyyət göstəririk. BMT, İslam Əməkdaşlıq Təşkilatı, EKO, Qoşulmama Hərəkatı təşkilatlarında bizim fəaliyyətimiz çox uğurludur".

İlham Əliyev bəyanatında vurğulayıb ki, bizim üçün ən ağrılı problem olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üçün İranın dəstəyi çox önəmlidir: "Bu münaqişə BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi əsasında öz həllini tapmalıdır. Azərbaycanın ərazi bütövlüyü bərpa edilməlidir və İran İslam Respublikasının bu münaqişə ilə bağlı ortaya qoyduğu mövqe ədalətə və beynəlxalq hüquqa əsaslanır və bu mövqeyə görə Sizə minnətdarıq".

Prezident bildirib ki, uzun illər Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınmış əraziləri işğal altındadır: "Bu işğal nəticəsində bir milyondan artıq azərbaycanlı öz doğma torpağında qaçqın, köçkün vəziyyətinə düşmüşdür. Xalqımıza qarşı etnik təmizləmə siyasəti aparılmışdır. Ermənilər azərbaycanlılara qarşı Xocalı soyqırımı törətmişlər. Bu gün işğal edilmiş torpaqlarda bizim bütün tarixi, dini abidələrimiz ermənilər tərəfindən dağıdılıb. Münaqişənin tezliklə və beynəlxalq hüquq əsasında həll edilməsi region üçün də böyük fayda olardı".

İlham Əliyev deyib ki, bu gün digər sahələrdə əməkdaşlıq haqqında fikir mübadiləsi aparılıb: "İqtisadi sahədə, sərmayə qoyuluşu sahəsində gözəl imkanlar vardır. Energetika sahəsində əməkdaşlıq uğurludur və bu gün imzalanan Ordubad və Marazad su elektrik stansiyalarının tikintisi Sazişi bu əməkdaşlığı daha da gücləndirəcək".

Dövlət başçısı qeyd edib ki, neft-qaz sahəsində əməkdaşlıq üçün çox gözəl imkanlar var: "Eyni zamanda hərbi sahədə əməkdaşlığın dərinləşməsi üçün biz əlavə yollar axtaracağıq. Bu gün eyni zamanda yüksək texnologiyalar, informasiya-kommunikasiya texnologiyaları sahəsində mümkün olan əməkdaşlıq haqqında da fikirlərimiz birmənalıdır və üst-üstə düşür. Əlbəttə, humanitar və mədəniyyət sahəsində əməkdaşlıq xüsusi məna daşıyır. Bizim tariximiz, mədəniyyətimiz, tarixi irsimiz xalqlarımız üçün çox qiymətlidir, dəyərlidir".

İlham Əliyev deyib ki, xalqlarımız əsrlər boyu bir yerdə yaşamış, yaratmışlar: "Bizim xalqlarımızı dərin tarixi və mədəni köklər bağlayır. Bu möhkəm zəmin üzərində bu gün İran-Azərbaycan əlaqələri qurulmuşdur. Əminəm ki, bütün qarşımıza qoyduğumuz məqsədlərə çatacağıq və birgə səylərlə İran-Azərbaycan əlaqələrini daha da yüksək pilləyə qaldıracağıq".

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
"Qarabağ"ın ÇL-nin əsas mərhələsinə çıxmasına görə qazandığı - Fantastik məbləğ
13:40 28.08.2025
"Qarabağ"ın ÇL-nin əsas mərhələsinə çıxmasına görə qazandığı - Fantastik məbləğ
Paşinyan Bayden administrasiyasını tənqid etdi
13:34 28.08.2025
Paşinyan Bayden administrasiyasını tənqid etdi
"İctimai nəqliyyatda tarif dəyişikliyi qaçılmaz ola bilər" - Qiymət artır?
13:22 28.08.2025
"İctimai nəqliyyatda tarif dəyişikliyi qaçılmaz ola bilər" - Qiymət artır?
Partlayış olan binanın sakinlərinə müvəqqəti yaşayış üçün kirayə haqqı ödəniləcək
13:10 28.08.2025
Partlayış olan binanın sakinlərinə müvəqqəti yaşayış üçün kirayə haqqı ödəniləcək
Baş nazir: Ermənistan vaxtı gələndə Aİ və Aİİ arasında seçim edəcək
13:07 28.08.2025
Baş nazir: Ermənistan vaxtı gələndə Aİ və Aİİ arasında seçim edəcək
Tarixdə bu gün - 28 avqust nə günüdür?
13:07 28.08.2025
Tarixdə bu gün - 28 avqust nə günüdür?
“Həsən Bəy Zərdabi əlini çiynimə qoydu və dedi ki...” – Jurnalist Aygün Hüseyn yazır...
12:53 28.08.2025
“Həsən Bəy Zərdabi əlini çiynimə qoydu və dedi ki...” – Jurnalist Aygün Hüseyn yazır...
Prezident qəbul keçirdi - FOTOLAR
12:49 28.08.2025
Prezident qəbul keçirdi - FOTOLAR
Rusiyada neft emalı zavodlarına dron hücumları edildi
12:45 28.08.2025
Rusiyada neft emalı zavodlarına dron hücumları edildi
Tanınmış teleaparıcı "Azəriqaz"a səsləndi: "Kartlarınız əhaliyə əziyyət, işgəncə vermək üçündür?"
12:36 28.08.2025
Tanınmış teleaparıcı "Azəriqaz"a səsləndi: "Kartlarınız əhaliyə əziyyət, işgəncə vermək üçündür?"
Naxçıvan şəhər Sukanal İdarəsi Müştəri İnformasiya Sistemləri proqramına keçir
12:23 28.08.2025
Naxçıvan şəhər Sukanal İdarəsi Müştəri İnformasiya Sistemləri proqramına keçir
"Prezidentin müsahibəsi regional təhlükəsizlik arxitekturasında formalaşan reallıqları əks etdirir"
12:16 28.08.2025
"Prezidentin müsahibəsi regional təhlükəsizlik arxitekturasında formalaşan reallıqları əks etdirir"
Kənd məktəbində rekord: 15 şagirdin 14-ü yüksək balla tələbə oldu
12:03 28.08.2025
Kənd məktəbində rekord: 15 şagirdin 14-ü yüksək balla tələbə oldu
Tanınmış ginekoloq vəfat etdi - FOTO
11:53 28.08.2025
Tanınmış ginekoloq vəfat etdi - FOTO
Valideynlərin işgəncəyə məruz qoyduğu azyaşlılardan biri Bakıya gətirildi - vəziyyəti ağırdır
11:48 28.08.2025
Valideynlərin işgəncəyə məruz qoyduğu azyaşlılardan biri Bakıya gətirildi - vəziyyəti ağırdır
26 ölkə lideri Çində qələbə paradında iştirak edəcək
11:29 28.08.2025
26 ölkə lideri Çində qələbə paradında iştirak edəcək