3 dekabr 2013-cü il tarixində “Pərakəndə Ticarətin İnkişafı üzrə Gənclər Assosasiyası” İctimai Birliyi “Biznez kamp” layihəsinə start verib. AZXEBER.COM xəbər verir ki, layihənin keçirilməsində məqsəd gənclərin sahibkarlıq biliklərinin artırılmasına, fərdi biznes təşəbbüslərinin dəstəklənməsinə, gənc sahibkarların biznesin təşkili və idarə edilməsi bacarıqlarına yiyələnməsinə və gənclərin ölkənin aparıcı biznes adamları ilə əlaqələrinin qurulmasına dəstək göstərməkdir.
Ümumilikdə 60 nəfərin iştirak etdiyi “Pərakəndə Ticarətin İnkişafı üzrə Gənclər Assosasiyası” İctimai Birliyi tərəfindən və Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “Biznes kamp” layihəsi 03-10 dekabr 2013-cü il tarixləri arasında Bakı şəhərində həyata keçiriləcək.
Layihənin açılış mərasimi isə 03 dekabr tarixində, “Divan Express Baku Hotel”- də baş tutub. Layihənin açılışını “Pərakəndə Ticarətin İnkişafı üzrə Gənclər Assosasiyası” İctimai Birliyinin baş katibi Nihad Allahyarlı edərək, gənclərə təşkilat və layihə haqqında qısa məlumat vermişdir. Açılış mərasimində “Finansist” maliyyə məlumat jurnalının baş redaktoru Ramil Bağırov, “Abbasov Group” şirkətinin rəhbəri Orxan Abbasov, “Hajizade Group” şirkətinin rəhbəri, PR mütəxəsisi Əli Hacızadə və Beynəlxalq tədqiqatçı və təlimçi Rəvan Əyyubov iştirak etmişlər.
Açılışın ardından qısa kofe fasiləsinin ardından layihənin ilk təlimi baş tutmuşdur. Təlim Beynəlxalq tədqiqatçı və təlimçi Rəvan Əyyubov tərəfindən “Start to business” mövzusunda keçirilmişdir.
Qeyd edək ki, “Pərakəndə Ticarətin İnkişafı üzrə Gənclər Assosasiyası” İctimai Birliyi 29 fevral 2012-ci ildə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınmışdır. Birliyin əsas məqsədi pərakəndə ticarət sahəsində gənclərin maarifləndirilməsinə kömək etməkdir.