“Biznesini Yarat Marafonu”nun qalibləri müəyyən edildi

“Biznesini Yarat Marafonu”nun qalibləri müəyyən edildi
SOSİAL
17:25 24.08.2021
383
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi və Gənclər Fondu tərəfindən birgə icra olunan "Gənclərin Dayanıqlı Məşğulluğu Proqramı”nın ilk layihəsi - "Biznesini Yarat Marafonu”nun qalibləri müəyyənləşib.

AZXEBER.COM xəbər verir ki, məqsədi işsiz və işaxtaran gənclərin məşğulluğunun təmin edilməsi olan Marafona qoşulmaq üçün ilk mərhələdə 18-29 yaş kateqoriyasından olan 600-ə yaxın işsiz və ya işaxtaran gənc biznes ideyalarını qısa videoçarx şəklində proqramın veb saytında (www.gənc.az) və "GencAPP” mobil tətbiqində yerləşdiriblər. Layihəyə müraciət qəbulu başa çatdıqdan sonra müraciətlər təqdimatın keyfiyyəti, anlaşılan və dolğun olması, layihə müəllifinin motivasiyası və zəruri bilikləri kimi meyarlar əsasında dəyərləndirilib və ikinci mərhələyə 127 müraciət seçilib. Müraciətlərin dəyərləndirilməsi mərhələsində Vətən müharibəsində iştirak etmiş, müharibədən zərər çəkmiş, habelə şəhid ailəsinin üzvü olan, əmək qabiliyyətli əlilliyi olan gənclərə üstünlük verilib.

İkinci mərhələyə keçmiş şəxslərə layihənin tərəfdaşlarından olan Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən biznes təlimlər keçirilib.
"Öz biznesinə başla" təlimini uğurla başa vurmuş və biznes planlarını hazırlamış 99 müraciətçiyə Dövlət Məşğulluq Agentliyi və Gənclər Fondu tərəfindən layihəyə müraciət zamanı edilmiş seçim əsasında müvafiq iqtisadi istiqamət üzrə resurs və maliyyə dəstəyi göstəriləcək.
 

Bundan əlavə, Marafonun qalibi olmuş şəxslərin öz kiçik biznesini yaratması prosesini sürətləndirmək məqsədilə KOBİA tərəfindən mentor dəstəyi də göstəriləcək.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
İranda Yeni Ali Lider seçildi: "Sosial problemlər artacaq, etiraz aksiyaları mümkündür”
14:31 10.03.2026
İranda Yeni Ali Lider seçildi: "Sosial problemlər artacaq, etiraz aksiyaları mümkündür”
Elxan Qaraxanoğlu “Manset.az”ı məhkəməyə verdi – İddiası rədd edildi
14:25 10.03.2026
Elxan Qaraxanoğlu “Manset.az”ı məhkəməyə verdi – İddiası rədd edildi
Bayram namazı nə vaxt qılınacaq?
14:15 10.03.2026
Bayram namazı nə vaxt qılınacaq?
Nərimanovda premium mənzillər faizsiz kreditlə: “City Garden Narimanov”da satış davam edir
14:07 10.03.2026
Nərimanovda premium mənzillər faizsiz kreditlə: “City Garden Narimanov”da satış davam edir
Tehran atəşkəsə qarşı çıxdı: "İsrail dərsini almalıdır"
14:00 10.03.2026
Tehran atəşkəsə qarşı çıxdı: "İsrail dərsini almalıdır"
Azərbaycanın İrana göndərdiyi humanitar yardım Astara sərhədindən yola salındı - VİDEO
13:53 10.03.2026
Azərbaycanın İrana göndərdiyi humanitar yardım Astara sərhədindən yola salındı - VİDEO
"Süleymansız yaşamağımın nə mənası var?" - Cığatel İsaqızı
13:50 10.03.2026
"Süleymansız yaşamağımın nə mənası var?" - Cığatel İsaqızı
“Hörmüz boğazı bağlı qalsa, 2015-ci ildəki yüksək neft qiymətlərini yenidən görə bilərik” – Ekspert
13:35 10.03.2026
“Hörmüz boğazı bağlı qalsa, 2015-ci ildəki yüksək neft qiymətlərini yenidən görə bilərik” – Ekspert
Bayrama görə pensiyalar bu tarixdə tam şəkildə ÖDƏNİLƏCƏK
13:28 10.03.2026
Bayrama görə pensiyalar bu tarixdə tam şəkildə ÖDƏNİLƏCƏK
ABŞ və İsrailin mümkün planı: "İrana quru əməliyyat keçirilsə, faciə baş verə bilər"
13:17 10.03.2026
ABŞ və İsrailin mümkün planı: "İrana quru əməliyyat keçirilsə, faciə baş verə bilər"
Aygün Kazımova "Nərgiz" jurnalının üz qabığında - Fotolar
13:16 10.03.2026
Aygün Kazımova "Nərgiz" jurnalının üz qabığında - Fotolar
"Xanəndələrin bəziləri mahnı oxuya bilmir" - Əməkdar artist
13:11 10.03.2026
"Xanəndələrin bəziləri mahnı oxuya bilmir" - Əməkdar artist
Məhkəmədən Rəqsanə İsmayılova barəsində YENİ QƏRAR
13:06 10.03.2026
Məhkəmədən Rəqsanə İsmayılova barəsində YENİ QƏRAR
Medianın İnkişafı Agentliyinin yeni Nizamnaməsi hazırlanacaq
13:03 10.03.2026
Medianın İnkişafı Agentliyinin yeni Nizamnaməsi hazırlanacaq
Rusiyada hicabla bağlı bu qadağa ləğv olundu
12:58 10.03.2026
Rusiyada hicabla bağlı bu qadağa ləğv olundu
Lerikdə 20 kiloqram narkotik vasitə aşkarlandı
12:48 10.03.2026
Lerikdə 20 kiloqram narkotik vasitə aşkarlandı