“BlackBerry” 1 milyon abonentini itirib. Rabitə və İnformasiya Nazirliyinin rəsmi saytında yer alan xəbərə görə, Kanadanın “BlackBerry” smartfonları istehsalçısı Research in Motion (RIM) şirkətinin xidmətlərindən imtina edən istifadəçilərin sayı 1 milyon təşkil edərək rekord həddə çatıb. Şirkət tarixində müştərilərin bu sayda azalması heç vaxt müşahidə edilməyib və bu da öz növbəsində RIM-in maliyyə göstəricilərinə mənfi təsir göstərərək mədaxilin 1,5 dəfə azalmasına səbəb olub.“Russia Today” saytı yazır ki, bu ilin 4-cü rübündə şirkət cəmi 2,7 milyard dollar mədaxil əldə edib. Bu da ötən ilin sentyabr-dekabr aylarının analoji göstəricisindən 47 faiz azdır.