Bölgələrdə şimşək çaxıb, yağış yağıb – FAKTİKİ HAVA

Bölgələrdə şimşək çaxıb, yağış yağıb – FAKTİKİ HAVA
SOSİAL
12:56 16.08.2020
810
Hazırda ölkə ərazisində müşahidə olunan hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətinin AZXEBER.COM-a verdiyi məlumata əsasən, avqustun 16-sı səhərədək bəzi yerlərdə şimşək çaxıb, arabir yağış yağıb.

Düşən yağışın miqdarı Lerikdə 17, Sabirabadda 15, Astara, Yardımlıda 9, İmişlidə 8, İsmayıllıda 5, Cəfərxanda 4, Şamaxıda 3, Lənkəran, Zərdabda 2, Şabran, Tərtər, Yevlax, Balakən, Oğuz, Xınalıq, Qrız, Qəbələ, Mərəzə, Qusar, Göyçay, Altıağac, Şahdağ, Bakı, Sumqayıt, Maştağada 1 mm olub.

Havanın temperaturu iqlim normasından bir dərəcə aşağı olub. Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 24-26, aran rayonlarında 26-29, dağlıq rayonlarda 14 dərəcəyədək, Naxçıvan MR-da 27-32 dərəcə isti olub.

OXŞAR XƏBƏRLƏR