Bölgələrdə ünsiyyət məhdudiyyətli gənclər üçün “Təlim məktəbi” layihəsi davam edir

Bölgələrdə ünsiyyət məhdudiyyətli gənclər üçün “Təlim məktəbi” layihəsi davam edir
İQTİSADİYYAT
15:53 13.10.2017
1268


"Nar” və "Uğur Akademiyası” tərəfindən təşkil edilən bölgələrdə "Təlim məktəbi” layihəsinin ikinci mərhələsi start götürdü. Göygöldə həyata keçirilən layihə təcrübəli mütəxəssislər və peşəkar psixoloqun iştirakı ilə reallaşdırılır. Təlim iştirakçılarının smartfon təmiri, dərzilik və bərbərlik kurslarında iştirak etməsi nəzərdə tutulub. Bölgələrdə bir ilk olaraq həyata keçirilən layihə rayon icra hakimiyyəti və Ailə, qadın və uşaq problemləri üzrə dövlət komitəsinin regional mərkəzi tərəfindən dəstəklənir.

"Təlim məktəbi” layihəsi "Nar” tərəfindən reallaşdırılan və fiziki məhdudiyyətli gənclərin cəmiyyətə inteqrasiyası üçün nəzərdə tutulan bir layihədir. Layihə çərçivəsində Göygöl və ətraf bölgələrdən olan 20-dən çox yerli sakinin iki həftə boyunca üç istiqamət üzrə peşə təlimi alması nəzərdə tutulub. Bölgələrdə "Təlim məktəbi” layihəsinin davamlı olaraq reallaşdırılması planlaşdırılıb.

"Təlim məktəbi” layihəsi ilk olaraq Bakıda start götürüb və ümumilikdə 75 nəfər tələbənin iştirakı ilə həyata keçirilib. "Nar”-ın təşəbbüsü ilə təmənnasız həyata keçirilən layihənin məqsədi ünsiyyət məhdudiyyətli gənclərin bilik və bacarıqlarını artırmaq, onların gələcək karyeralarına töhfə vermək və mənəvi dəstək göstərməklə cəmiyyətə inteqrasiya etdirməkdir. Təşkilatçılar "Təlim məktəbi”ni bitirən gəncləri diqqət mərkəzində saxlayaraq onların işlə təmin olunmasına yardımçı olurlar. Layihənin bölgələrdə həyata keçirilməsinə Zaqatala rayonunda start verilib.

Artıq 3 ildən çoxdur ki, "Nar” korporativ sosial məsuliyyət (KSM) strategiyası çərçivəsində fiziki məhdudiyyətli Azərbaycan vətəndaşlarının cəmiyyətə inteqrasiyası istiqamətində müxtəlif addımlar atır. Yerli biznes mühiti üçün nümunə olaraq qeyd etmək lazımdır ki, 11 nəfər ünsiyyət məhdudiyyətli şəxs hazırda "Nar”-ın əməkdaşı olaraq fəaliyyət göstərir. Mobil operator bu qəbildən olan sosial layihələri genişləndirməyi və bənzər təşəbbüslərə dəstəyi davam etdirməyi nəzərdə tutur. "Nar”-ın KSM strategiyası haqqında ətraflı məlumatı nar.az internet səhifəsindən öyrənmək olar.

"Azerfon” şirkəti 21 mart 2007-ci ildə "Nar Mobile” ticarət nişanı ilə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. "Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib. "Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. Mobil operator şəbəkə keyfiyyətinin davamlı təkmilləşdirilməsi strategiyası çərçivəsində səs keyfiyyətinin nəzərəçarpacaq dərəcədə artımını və səsin təmiz ötürülməsini təmin edən "HD-Voice” (High Definition Voice) xidmətini təqdim edib. "Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 93%-ni əhatə edir və 6000-dən artıq baza stansiyası ilə 2 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
İran Prezidenti Fəxri xiyabanda Ulu Öndərin məzarını ziyarət edib
17:49 28.04.2025
İran Prezidenti Fəxri xiyabanda Ulu Öndərin məzarını ziyarət edib
Gürcüstanda “NATO-Gürcüstan Təlimi 2025” başlayıb, Azərbaycan da iştirak edir
17:43 28.04.2025
Gürcüstanda “NATO-Gürcüstan Təlimi 2025” başlayıb, Azərbaycan da iştirak edir
Birbank Biznes regionda yaşayan sahibkarları bir araya gətirdi
17:37 28.04.2025
Birbank Biznes regionda yaşayan sahibkarları bir araya gətirdi
"Ölkələrimiz milli maraqlara aid məsələlərdə həmrəylik və dostluq nümayiş etdirir"
17:25 28.04.2025
"Ölkələrimiz milli maraqlara aid məsələlərdə həmrəylik və dostluq nümayiş etdirir"
Mərkəzi Bankdan “Bakı Kart”a qarşı tədbir
16:40 28.04.2025
Mərkəzi Bankdan “Bakı Kart”a qarşı tədbir
"Talassemiya işi" üzrə təqsirləndirilən şəxslərə cəza istənilib
16:24 28.04.2025
"Talassemiya işi" üzrə təqsirləndirilən şəxslərə cəza istənilib
Azərbaycan Prezidenti: Biz nəqliyyat imkanlarımızı və infrastrukturumuzu genişləndiririk
16:09 28.04.2025
Azərbaycan Prezidenti: Biz nəqliyyat imkanlarımızı və infrastrukturumuzu genişləndiririk
Bəzi yerlərdə yağıntılı və küləkli hava şəraiti davam edir - FAKTİKİ HAVA
16:07 28.04.2025
Bəzi yerlərdə yağıntılı və küləkli hava şəraiti davam edir - FAKTİKİ HAVA
"TuranBank" ağacəkmə aksiyasında iştirak edib
15:53 28.04.2025
"TuranBank" ağacəkmə aksiyasında iştirak edib
"Azərbaycan və İran ənənəvi olaraq beynəlxalq təşkilatlar çərçivəsində bir-birini dəstəkləyir"
15:41 28.04.2025
"Azərbaycan və İran ənənəvi olaraq beynəlxalq təşkilatlar çərçivəsində bir-birini dəstəkləyir"
İran Prezidenti: Özümü Təbrizdəki, Ərdəbildəki kimi hiss edirəm
15:34 28.04.2025
İran Prezidenti: Özümü Təbrizdəki, Ərdəbildəki kimi hiss edirəm
İlham Əliyev: Azərbaycan və İran əlaqələrin inkişafına çalışır
15:24 28.04.2025
İlham Əliyev: Azərbaycan və İran əlaqələrin inkişafına çalışır
Azərbaycan və İran prezidentləri mətbuata birgə bəyanatlarla çıxış edirlər
15:22 28.04.2025
Azərbaycan və İran prezidentləri mətbuata birgə bəyanatlarla çıxış edirlər
Yeni Papa bu tarixdə seçilə bilər
15:12 28.04.2025
Yeni Papa bu tarixdə seçilə bilər
“Nar”ın sərfəli xidmətləri indi Bakı hava limanında
15:00 28.04.2025
“Nar”ın sərfəli xidmətləri indi Bakı hava limanında
"Şuşa əməliyyatında Robert Köçəryan özü də iştirak edirdi"
14:44 28.04.2025
"Şuşa əməliyyatında Robert Köçəryan özü də iştirak edirdi"