Blinken Əliyevə zəng edib

Blinken Əliyevə zəng edib
SİYASƏT
10:59 28.11.2023
383
Noyabrın 27-də ABŞ Dövlət katibi Antoni Blinken Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib.

AZXEBER.COM xəbər verir ki, telefon söhbəti zamanı Prezident İlham Əliyev qeyd edib ki, ABŞ tərəfindən Azərbaycanla bağlı son bəyanatlar və atılan addımlar Azərbaycan-ABŞ münasibətlərinə ciddi zərər vurub.

Dövlət başçısı 2023-cü il noyabrın 15-də ABŞ Dövlət katibinin köməkçisi Ceyms O’Braynın Nümayəndələr Palatasının Xarici İşlər Komitəsinin Avropa üzrə alt komitəsinin dinləmələrində ölkəmizlə bağlı səsləndirdiyi fikirlərin qərəzli olduğunu, həqiqəti əks etdirmədiyini və Azərbaycan tərəfindən rədd edildiyini bildirib.

Azərbaycan tərəfinin ABŞ-nin Azərbaycana münasibətdə yüksək səviyyəli ikitərəfli görüş və təmasları təxirə salması və "ikitərəfli münasibətlərimizdə "əvvəlki kimi” ola bilməz” bəyanatını nəzərə aldığı, bunu adekvat cavablandırdığı vurğulanıb.

Prezident İlham Əliyev Azərbaycan Xarici İşlər Nazirliyinin noyabrın 16-da bununla əlaqədar açıqlama verdiyini, Azərbaycan tərəfinin də öz növbəsində ABŞ-dan olan yüksək səviyyəli səfərləri ləğv etdiyini xatırladıb.

Dövlət katibi Blinken münasibətlərin normallaşdırılması məqsədilə dekabrda ABŞ Dövlət katibinin köməkçisi Ceyms O`Braynın Azərbaycana səfərinə icazə verilməsini xahiş edib. Prezident İlham Əliyev həmin təkliflə bir şərtlə razılaşıb ki, bu səfərdən sonra Azərbaycanın yüksəksəviyyəli rəsmilərinin ABŞ-a səfərlərinə qoyulan əsassız qadağa aradan qaldırılsın. Dövlət katibi Blinken bunu qəbul edib.

Bununla yanaşı, qeyd olunub ki, sülh müqaviləsinin mətni ilə bağlı Azərbaycan tərəfinin 2023-cü il sentyabrın 11-də Ermənistana təqdim etdiyi təkliflər Ermənistan tərəfindən noyabrın 21-də cavablandırılıb. Beləliklə, Ermənistan öz cavabını 70 gün gecikdirib. Yetmiş günlük gecikdirmə bir daha nümayiş etdirir ki, Ermənistan sülh müqaviləsinin mətnindən danışıqlar prosesini uzatmaq üçün bəhanə kimi istifadə edir.

Danışıqlar zamanı tərəflər, həmçinin noyabrın 30-da Azərbaycan-Ermənistan şərti sərhədində keçiriləcək dövlət sərhədinin delimitasiyası üzrə komissiyaların növbəti görüşünə dair fikir mübadiləsi aparıblar.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Etirazlara görə Brüssel hava limanında 100-dən çox reys ləğv ediləcək
21:02 06.10.2026
Etirazlara görə Brüssel hava limanında 100-dən çox reys ləğv ediləcək
Fransanın səfiri İran XİN-ə çağırılıb
20:57 06.10.2026
Fransanın səfiri İran XİN-ə çağırılıb
Fransa DİN: Etirazlarda 256 min nəfər iştirak edib
20:51 06.10.2026
Fransa DİN: Etirazlarda 256 min nəfər iştirak edib
Pezeşkian ilk dəfə Türkmənistanda MDB dövlət başçılarının iclasında iştirak edəcək
20:45 06.10.2026
Pezeşkian ilk dəfə Türkmənistanda MDB dövlət başçılarının iclasında iştirak edəcək
Makron məktəblilərin etirazları ilə bağlı təcili müşavirə keçirəcək
20:40 06.10.2026
Makron məktəblilərin etirazları ilə bağlı təcili müşavirə keçirəcək
İndoneziyada yük maşını aşıb, ölənlər var
20:35 06.10.2026
İndoneziyada yük maşını aşıb, ölənlər var
İranda 70 siyasi məhbus edam edildi
20:30 06.10.2026
İranda 70 siyasi məhbus edam edildi
Təhsildə rəqəmsal transformasiya ətrafında fikir mübadiləsi aparılıb
20:23 06.10.2026
Təhsildə rəqəmsal transformasiya ətrafında fikir mübadiləsi aparılıb
Rusiya XİN: Gümrüdəki hərbi bazanın taleyini müzakirə etməyə hazırıq
20:20 06.10.2026
Rusiya XİN: Gümrüdəki hərbi bazanın taleyini müzakirə etməyə hazırıq
Polşada vağzalı və məktəbi partlatmaqla hədələyən gənc saxlanılıb
20:14 06.10.2026
Polşada vağzalı və məktəbi partlatmaqla hədələyən gənc saxlanılıb
Allahşükür Paşazadə Qazaxıstanın Vitse-prezidenti ilə dini və dövlətlərarası əlaqələri müzakirə edib
20:06 06.10.2026
Allahşükür Paşazadə Qazaxıstanın Vitse-prezidenti ilə dini və dövlətlərarası əlaqələri müzakirə edib
Tramp keçirdiyi seçki mitinqlərinin Respublikaçı namizədlərə dəstəyi artırdığını bildirib
20:05 06.10.2026
Tramp keçirdiyi seçki mitinqlərinin Respublikaçı namizədlərə dəstəyi artırdığını bildirib
Azərbaycanın U-21 millisi seçmə mərhələnin son oyununda Cəbəllütariqi məğlub edib
20:00 06.10.2026
Azərbaycanın U-21 millisi seçmə mərhələnin son oyununda Cəbəllütariqi məğlub edib
Rubio: Hazırda Ukraynanın NATO üzvlüyü müzakirə mövzusu deyil
19:53 06.10.2026
Rubio: Hazırda Ukraynanın NATO üzvlüyü müzakirə mövzusu deyil
İranda dollar yenidən kəskin bahalaşdı
19:49 06.10.2026
İranda dollar yenidən kəskin bahalaşdı
Azərbaycan və RƏT rəqəmsal transformasiyanın maliyyələşdirilməsini müzakirə edib
19:42 06.10.2026
Azərbaycan və RƏT rəqəmsal transformasiyanın maliyyələşdirilməsini müzakirə edib