Blinken Paşinyana çağırış etdi - FOTO

Blinken Paşinyana çağırış etdi - FOTO
DÜNYA
09:49 16.11.2022
203
ABŞ Dövlət katibi Antoni Blinken Azərbaycanla Ermənistan arasında sülh danışıqları ilə bağlı Nikol Paşinyana çağırış edib.

A. Blinken bu barədə öz "Twitter” hesabında paylaşım edib.

"Mən baş nazir Paşinyanı noyabrın 7-də Vaşinqtonda xarici işlər nazirlərinin danışıqlarından sonra Azərbaycan və Ermənistan arasında sülh danışıqlarının impulsunu saxlamağa çağırdım. Birləşmiş Ştatlar bu istiqamətdə səylərini davam etdirir”, - deyə paylaşımda qeyd edib.
OXŞAR XƏBƏRLƏR