ABŞ Dövlət katibi Entoni Blinken Qazaxıstanın xarici işlər naziri Muxtar Tleuberdi ilə respublikadakı vəziyyətlə bağlı telefonla danışıb.
AZXEBER.COM xəbər verir ki, Blinken ABŞ-ın Qazaxıstanda konstitusiya təsisatlarına və media azadlığına dəstək verdiyini bəyan edib, vəziyyəti sülh yolu ilə həll etməyə çağırıb.
Bundan əlavə, Dövlət Departamentinin rəhbəri Avropada sabitliyin təşviq edilməsinin vacibliyini, o cümlədən, Ukrayna ilə bağlı vəziyyəti də müzakirə edib.