Blinkendən Ermənistan və Azərbaycana ÇAĞIRIŞ

Blinkendən Ermənistan və Azərbaycana ÇAĞIRIŞ
DÜNYA
20:55 26.05.2022
465
ABŞ Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası komissiyalarının ilk birgə iclasının keçirilməsini alqışlayır.
 
AZXEBER.COM xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Entoni Blinken özünün tviter səhifəsində yazıb.

O eyni zamanda qeyd edib ki, ABŞ Ermənistan və Azərbaycan arasında Aİ-nin vasitəçiliyi ilə aparılan danışıqları dəstəkləyir və bu istiqamətdə işi davam etdirməyə çağırır. Dövlət katibi Blinken regionda sülh naminə Ermənistan-Azərbaycan dialoqunun davam etdirilməsinə çağırıb.
OXŞAR XƏBƏRLƏR