Blinkenlə Stoltenberq Rusiya ilə yeni görüşdən danışdılar

Blinkenlə Stoltenberq Rusiya ilə yeni görüşdən danışdılar
DÜNYA
13:59 16.01.2022
297
ABŞ Dövlət katibi Entoni Blinkenlə NATO-nun Baş katibi Yens Stoltenberq arasında telefon danışığı olub.

AZXEBER.COM xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamenti məlumat yayıb.

Bildirilib ki, telefon danışığının gedişində NATO-Rusiya Şurasının iclasından sonra atrılacaq qarşılıqlı addımlar müzakirə edilib.

Qeyd edilib ki, ABŞ və NATO Rusiya ilə yeni görüş keçirməyə hazırdır.

"Dövlət katibi Entoni Blinken yanvarın 12-də keçirilən NATO-Rusiya Şurasının iclasından sonra gələcək addımları müzakirə etmək üçün NATO-nun Baş katibi Yens Stoltenberqlə danışıb.

Birləşmiş Ştatlar və NATO Rusiya ilə yenidən görüşməyə, diplomatik fəaliyyəti və qarşılıqlı dialoqu davam etdirməyə hazırdır”, - deyə ABŞ-ın xarici siyasət qurumunun mətbuat xidmətinin rəhbəri Ned Praysın yazılı bəyanatında bildirilir.

Qeyd edək ki, 2021-ci il dekabrın 17-də Rusiya Xarici İşlər Nazirliyi Birləşmiş Ştatlarla təhlükəsizlik zəmanəti haqqında müqavilənin, həmçinin Rusiya və Şimali Atlantika Müqaviləsi Təşkilatına üzv dövlətlərin təhlükəsizliyi ilə bağlı saziş layihələrinin mətnini dərc edib.

Yanvarın 10-da Cenevrədə bu məsələlərlə bağlı məsləhətləşmələr, yanvarın 12-də Brüsseldə NATO-Rusiya Şurasının iclası, yanvarın 13-də isə Vyanada ATƏT-in Daimi Şurasının iclası keçirilib.
OXŞAR XƏBƏRLƏR