"Bloomberg": Dünya bazarında ərzaq qiymətləri yenidən arta bilər

"Bloomberg": Dünya bazarında ərzaq qiymətləri yenidən arta bilər
DÜNYA
21:56 01.08.2026
123
Əlverişsiz hava şəraiti, Ukraynadakı müharibə və Yaxın Şərqdə davam edən hərbi əməliyyatlar dünya bazarında ərzaq qiymətlərinin yenidən bahalaşmasına səbəb ola bilər.

AZXEBER.COM xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi məlumat yayıb.

Məlumata görə, Rusiya və Ukrayna dünya buğda ticarətinin dörddə birindən çoxunu, günəbaxan yağı ixracının üçdə ikisini və qarğıdalı ixracının təxminən onda birini təmin edir. Lakin Qara dəniz vasitəsilə tədarükün çətinləşməsi qlobal ərzaq bazarında vəziyyəti daha da mürəkkəbləşdirir.

Agentlik bildirir ki, Avropada müşahidə olunan ekstremal istilər, quraqlıq və meşə yanğınları son onilliklərdə taxıl istehsalında ən ciddi azalmaya səbəb ola bilər.

Bundan əlavə, ABŞ və İsrailin İrana qarşı həyata keçirdiyi hərbi əməliyyatların yanacaq və gübrə qiymətlərini artırdığı qeyd olunur ki, bu da ərzaq istehsalına əlavə təzyiq göstərir.

"Bloomberg"in məlumatına əsasən, dünya ərzaq bazarına təsir edən digər mühüm amil isə Sakit okeanın səth sularının temperaturunun normadan artıq yüksəlməsi ilə xarakterizə olunan El-Ninyo iqlim hadisəsidir. Bildirilir ki, bu fenomen düyünün əsas istehsalçı və ixracatçı ölkələrində məhsuldarlığın azalmasına səbəb ola bilər.
OXŞAR XƏBƏRLƏR