ABŞ-nin "Firefly Aerospace” şirkətinin "Blue Ghost” kosmik aparatı Aya eniş edib.
AZXEBER..COM xəbər verir ki, bu barədə NASA məlumat yayıb.
Kosmik aparat yerli vaxtla 03.34-də uğurla Aya eniş edib.
Aparatın göyərtəsində 10 tədqiqat qurğusu var. NASA ilə razılaşmaya əsasən, "Blue Ghost” kosmik aparatı Ayda tədqiqat aparacaq.