İsrailin Qəzzadakı Cibaliya Qaçqınlar Düşərgəsinə endirdiyi hava hücumları müharibə cinayəti təşkil edə biləcək qeyri-mütənasib hücumlar ola bilər.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatının İnsan Haqları üzrə Ali Komissarlığının Ofisi məlumat yayıb.
Belə ki, Birləşmiş Millətlər Təşkilatının (BMT) İnsan Haqları üzrə Ali Komissarlığının verdiyi bəyanatda "Bu məsələ ilə bağlı ciddi narahatlığımız var", - deyilib.
İsrail ordusunun blokada altındakı Qəzza zolağının şimalında yerləşən Cibaliya Qaçqınlar Düşərgəsinə son 24 saatda həyata keçirdiyi ikinci bombardmanda yüzlərlə insan ölüb və yaralanıb.
Qeyd edək ki, Cibaliya Qaçqın Düşərgəsi Qəzza zolağında səkkiz qaçqın düşərgəsi arasında ən böyük ərazi kimi tanınır.
Mikayıl