BMT-nin Dünya Ərzaq Proqramının (WFP) tibbi yardımla yüklənmiş ilk təyyarəsi Əfqanıstana enib.
AZXEBER.COM bu barədə TASS-a istinadən xəbər verir.
BMT Baş katibinin rəsmi nümayəndəsi Stefan Dujarrik keçirdiyi brifinqdə bildirib ki, bu, "Taliban" Kabilə daxil olandan bəri (avqustun 15-dən-red) Əfqanıstana çatdırılan ilk yükdür.
Təyyarə vasitəsilə dərman və digər tibbi ləvazimatlar Kabilə çatdırılıb.