BMT: “Azərbaycanda din-dövlət münasibətləri dünya üçün örnəkdir”

SİYASƏT
10:00 18.02.2014
1218

BMT-nin Nyu Yorkdakı mənzil-qərargahında dünyada tolerantlığa həsr edilmiş “Dünyada dinlərarası harmoniya: Sülh və inkişaf üçün zərurət” mövzusunda konfrans keçirilib.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, BMT tərəfindən hər il qeyd edilən Ümumdünya Dinlərarası Harmoniya Həftəsi çərçivəsində keçirilən bu konfransda dünyada dinlərarası tolerantlıq sahəsində model dövlətlərdən biri olan Azərbaycanın da mədəniyyətlərarası dialoqun və dini tolerantlığın güclənməsinə yönəlmiş töhfələri də xüsusi qeyd olunub.

BMT-nin Sivilizasiyalar Alyansı üzrə Ali nümayəndəsi cənab Nassir Abdulazizi Əl-Nasser konfransda çıxışı zamanı bildirib ki, Azərbaycan Respublikasının hökuməti tərəfindən yerli və beynəlxalq səviyyələrdə dini tolerantlığın və dialoqun təşviq edilməsinə yönəlmiş tədbirləri regionun və dünyanın bir çox ölkələri üçün örnək ola bilər.

Bu istiqamətdə Azərbaycanla əlaəqələrə toxunan Əl-Nassir bildirib: “Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə BMT-nin Sivilizasiyalar Alyansı arasında sıx tərəfdaşlıq münasibətləri formalaşmışdır. DQİDK tərəfindən yaradılmış Milli Tolerantlıq Mərkəzi Azərbaycandakı müsəlman, pravoslav, katolik, xristian, yəhudi və protestant dini icmalarının nümayəndələri, həmçinin dini liderlər arasında birbaşa dialoqun təşviqi və dinlərarası tolerantlıq üzrə təlim və seminarların keçirilməsi üçün nəzərdə tutulmuşdur. BMT-nin Sivilizasiyalar Alyansının nümayəndələri tezliklə Mərkəzi ziyarət etməyi planlaşdırır”.

OXŞAR XƏBƏRLƏR