BMT-nin Baş katibi Antonio Quterriş İsveçrəyə səfərini ləğv edib.
AZXEBER.COM-un məlumatına görə, bu barədə "Reuters" agentliyi BMT nümayəndəsi Rolando Qomesə istinadən bildirir.
Onun Davosda Dünya İqtisadi Forumunda (DİF) iştirakı planlaşdırılırdı.
"Səfər sabaha planlaşdırılmışdı, lakin o, bərk soyuqlayıb", - Qomes qeyd edib.
Qeyd edək ki, DİF-in 56-cı sessiyası Davosda 19-23 yanvar tarixlərində keçirilir.
report










































