BMT Baş katibi Pekin olimpiadasına qatılacağını bəyan etdi

BMT Baş katibi Pekin olimpiadasına qatılacağını bəyan etdi
DÜNYA
00:15 10.12.2021
425
BMT-nin Baş katibi Antoniu Quterreş Pekində keçiriləcək Qış Olimpiya Oyunlarında iştirak etmək təklifini qəbul edib.

AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, bunu BMT Baş katibinin rəsmi nümayəndəsi Stefan Düjarrik deyib.

Onun sözlərinə görə, Baş katib 2022-ci ilin fevralında Pekində keçiriləcək Qış Olimpiya Oyunlarında iştirak etmək üçün Çin hökumətindən dəvət alıb və bunu qəbul edib.

Qeyd edək ki, ABŞ daxil olmaqla bir neçə ölkə Pekin olimpiadasını boykot edib.

Qış Olimpiya Oyunları gələn il 4-20 fevralda keçiriləcək.
OXŞAR XƏBƏRLƏR