BMT baş katibi: Qəzzadakı əməliyyat şəhərin “sistemli dağıdılması”dır

BMT baş katibi: Qəzzadakı əməliyyat şəhərin “sistemli dağıdılması”dır
DÜNYA
21:54 16.09.2025
235
İsrailin Qəzza şəhərinə genişmiqyaslı quru hücumu yaşayış məntəqəsinin sistemli şəkildə dağıdılmasıdır.

Bunu BMT-nin baş katibi Antoniu Quterreş bildirib.

"Qəzzada bu gün baş verənlər dəhşətlidir. Biz rayonların kütləvi dağıdılmasını, Qəzza şəhərinin sistemli şəkildə yerlə-yeksan edilməsini görürük. Biz mülki şəxslərin kütləvi qətlini müşahidə edirik və mən baş katib olduğum müddətdə heç bir münaqişədə belə bir vəziyyətə rast gəlməmişəm”, – deyə o bildirib.
 
/APA
OXŞAR XƏBƏRLƏR