BMT Baş katibi Rusiyanı Avropa ölkəsi adlandırdı

BMT Baş katibi Rusiyanı Avropa ölkəsi adlandırdı
DÜNYA
06:08 26.08.2026
184
BMT-nin Baş katibi Antoniu Quterreş Rusiyanın Avropa ölkəsi olduğunu bəyan edib.

AZXEBER.COM xəbər verir ki, o, bu barədə "Financial Times" (FT) qəzetinə verdiyi müsahibəsində bildirib.
 
"Təhlükəsizlik Şurasına baxın. Təhlükəsizlik Şurasında üç Avropa üzvü var. Xoşunuza gəlsə də, gəlməsə də, Rusiya Avropa ölkəsidir və beş ölkədən üçü Avropanı təmsil edir", — deyə o vurğulayıb.

Bundan əvvəl Quterreş Ukraynanı Krasnodar diyarının dinc sakinlərinə və mülki infrastrukturuna qarşı zərbələri dərhal dayandırmağa çağırmışdı.
OXŞAR XƏBƏRLƏR