BMT Baş katibi Sudanda çevriliş cəhdini pisləyib

BMT Baş katibi Sudanda çevriliş cəhdini pisləyib
DÜNYA
22:00 21.09.2021
1102
BMT Baş katibi Sudanda çevriliş cəhdini pisləyib Antoniu Quterreş
"Sudandakı çevriliş cəhdi bu Afrika ölkəsindəki siyasi düzəni pozmaq məqsədi daşıyır".

AZXEBER.COM xəbər verir ki, bu barədə BMT Baş katibi Antoniu Quterreşin rəsmi nümayəndəsi Stefan Dujarrik məlumat yayıb.

"BMT Baş katibi Xartumda dövlət çevrilişinə cəhdini pisləyir. Sudandakı siyasi düzəni pozmaq üçün edilən cəhdlər siyasi və iqtisadi tərəqqini təhdid edir", - məlumatda deyilir.

Dujarrikin sözlərinə görə, Baş katib bütün tərəfləri sadiq qalmağa çağırır və Sudan hökumətini və xalqını dəstəkləyir.

Qeyd edək ki, bu gün Sudanda dövlət çevrilişinə cəhd olub. Çevrilişə cəhdə general-mayor Abdel Baki Bakrauinin başçılıq etdiyi ehtimal olunur. Dövlət çevrilişinə cəhd etməkdə şübhəli bilinən 40-dan çox zabit tutulub.
OXŞAR XƏBƏRLƏR