BMT: "Cənubi Qafqazda sülhün təmin olunması istiqamətində işləməyə sadiqik"

BMT: "Cənubi Qafqazda sülhün təmin olunması istiqamətində işləməyə sadiqik"
DÜNYA
20:26 27.09.2022
308
BMT Cənubi Qafqazda sülhün təmin olunması istiqamətində işləməyə sadiq qalır.

AZXEBER.COM "Report"a istinadən xəbər verir ki, bu barədə BMT-nin Azəbaycandakı Nümayəndəliyi tviterdə yazıb.

Məlumatda sentyabrın 27-də Ermənistan-Azərbaycan münaqişəsində həlak olanların yad edildiyi, şəhidlərin və yaralananların ailələrinə dərin hüznlə başsağlığı verildiyi bildirilib.

"BMT Cənubi Qafqazda sülh və Dayanıqlı İnkişaf Məqsədlərinin inkişafı istiqamətində işləməyə sadiq qalır”, - paylaşımda qeyd olunub.
OXŞAR XƏBƏRLƏR