BMT-da Qəzza mübahisəsi: Sessiya təxirə salındı

BMT-da Qəzza mübahisəsi: Sessiya təxirə salındı
DÜNYA
11:45 19.12.2023
128
Birləşmiş Millətlər Təşkilatı (BMT) keçirilməsi planlaşdırılan Qəzza sessiyasının ləğv edildiyini açıqlayıb.

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, BMT mənbələrindən əldə edilən məlumata görə, Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) səsverməyə çıxarması planlaşdırılan Qəzza qanun layihəsi ilə bağlı üzv dövlətlər hələ də razılığa gələ bilməyib.

Sabah səsverməyə çıxarılması planlaşdırılan qətnamə layihəsində Qəzzada "münaqişənin dayandırılması" və "humanitar yardımların artırılması" tələb olunur.

Qətnamə layihəsində bütün tərəflər beynəlxalq hüquqa və beynəlxalq humanitar hüquqa uyğun olaraq mülki şəxslərin müdafiəsi üzrə öhdəliklərini yerinə yetirməyə çağırılır və BMT Baş Katibindən yardıma nəzarət mexanizminin yaradılması tələb olunur.
 
BMT-nin yardımın humanitar yardım olduğunu təsdiqləməsini və yardım növləri ilə bağlı "Fələstin Administrasiyası və İsrail”ə məlumat verməsini tələb edən qətnamə layihəsində yardımın paylanması üçün lazımi yanacağın təmin edilməsi çağırışı yer alır.

Qətnamə layihəsində bütün girovların azad edilməsi tələb olunur və beynəlxalq humanitar hüququn istənilən pozulması pislənir.

Mənbələr bildirir ki, ABŞ "münaqişələrin sonu” ifadəsinin dəyişdirilməsini istəyir.
 
Mikayıl
OXŞAR XƏBƏRLƏR