Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyi xəbərdarlıq edib.
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, təşkilat peyvəndlərin ən qısa müddətdə Qəzza zolağına çatdırılması və 10 yaşından kiçik bütün uşaqların peyvənd edilməsi ilə bağlı xəbərdarlıq edib.
Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyinin komissarı General Philippe Lazzarini bu barədə açıqlama verərək bunları deyib: "Virus fələstinli və israilli uşaqlar arasında ayrı-seçkilik yaratmayacaq. Humanitar fasilənin təxirə salınması virusun uşaqlar arasında yayılma riskini artıracaq. Peyvəndləri Qəzzaya gətirmək və onları soyuq saxlamaq kifayət deyil. Effektiv olmaq üçün, 10 yaşından kiçik hər uşağa bu peyvənd vurulmalıdır".
Qeyd edək ki, UNRWA-nın son hesabatına görə, İsrail ordusunun hücumlarını davam etdirdiyi Qəzza zolağında UNRWA-nın 10 sağlamlıq mərkəzi və 79 səyyar sağlamlıq məntəqəsi fəaliyyət göstərir.
Gülay