BMT-dən çağırış - Qəzzanı tamamilə işğal etmək planı dayandırılsın

BMT-dən çağırış - Qəzzanı tamamilə işğal etmək planı dayandırılsın
DÜNYA
13:37 08.08.2025
863
BMT-nin İnsan Haqları üzrə Ali Komissarı Volker Türk bəyan edib ki, İsrail hökumətinin işğal altındakı Qəzza zolağının hamısını hərbi yolla ələ keçirmək planı dərhal dayandırılmalıdır.
 
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, Türk, İsrail ordusunun Qəzza zolağına tam nəzarəti ələ keçirmək planı ilə bağlı yazılı açıqlama verib.

İsrail hökumətinin işğal altındakı Qəzza zolağının hamısını hərbi yolla ələ keçirmə planının dərhal dayandırılması lazım olduğunu vurğulayan Türk, "Bu plan Beynəlxalq Ədalət Məhkəməsinin İsrailin işğala bir an əvvəl son qoyması və Fələstinlilərin öz müqəddəratını təyinetmə hüququnu tanıması qərarını pozur" deyib.

Türk, bu günə qədər əldə edilən bütün sübutlara əsaslanaraq, İsrailin planının, zorakılığın bu şəkildə artmasının daha da kütləvi məcburi köçkünlərə, eləcə də daha çox ölümə, dözülməz iztirablara, mənasız dağıntılara və vəhşilik cinayətlərinə səbəb olacağını bildirib.

Qeyd edək ki, İsrail Təhlükəsizlik Kabineti Qəzza zolağının şimalında yerləşən Qəzza şəhərini işğal etmək üçün yeni planı təsdiqləyib. İsrail Təhlükəsizlik Kabineti dünən axşam saatlarında bütün Qəzza zolağının işğalını müzakirə etmək üçün iclas keçirib.
 
Gülay

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Suriya prezidenti: İsrailin Suriyaya qarşı təhdidləri səngimir
01:25 25.09.2025
Suriya prezidenti: İsrailin Suriyaya qarşı təhdidləri səngimir
Tramp Ağ Evdə Baydenin portretini dəyişdi - VİDEO
23:51 24.09.2025
Tramp Ağ Evdə Baydenin portretini dəyişdi - VİDEO
"Summativ pulu" qalmaqalı: Şagirdlər təhdid edildiklərini deyirlər - VİDEO
23:38 24.09.2025
"Summativ pulu" qalmaqalı: Şagirdlər təhdid edildiklərini deyirlər - VİDEO
İlham Əliyev "Global Infrastructure Partners" şirkətinin təsisçisi ilə görüşüb
23:24 24.09.2025
İlham Əliyev "Global Infrastructure Partners" şirkətinin təsisçisi ilə görüşüb
İmişlidəki kütləvi zəhərlənməyə görə cinayət işi açıldı
23:16 24.09.2025
İmişlidəki kütləvi zəhərlənməyə görə cinayət işi açıldı
Prezident Nyu-Yorkda "Franklin Templeton" şirkətinin baş icraçı direktoru və prezidenti ilə görüşüb
23:12 24.09.2025
Prezident Nyu-Yorkda "Franklin Templeton" şirkətinin baş icraçı direktoru və prezidenti ilə görüşüb
Rubio Moskvaya Ukrayna münaqişəsi ilə bağlı çağırış etdi
22:57 24.09.2025
Rubio Moskvaya Ukrayna münaqişəsi ilə bağlı çağırış etdi
İmişlidə toyda zəhərlənənlərin sayı 53-ə ÇATDI
22:47 24.09.2025
İmişlidə toyda zəhərlənənlərin sayı 53-ə ÇATDI
Prezidentin Nyu-Yorkda Bolqarıstanın Baş naziri ilə görüşü olub
22:26 24.09.2025
Prezidentin Nyu-Yorkda Bolqarıstanın Baş naziri ilə görüşü olub
Prezident İlham Əliyev Nyu-Yorkda portuqaliyalı həmkarı ilə görüşüb
22:20 24.09.2025
Prezident İlham Əliyev Nyu-Yorkda portuqaliyalı həmkarı ilə görüşüb
Ərdoğan Nyu Yorkda Makronla görüşüb
22:13 24.09.2025
Ərdoğan Nyu Yorkda Makronla görüşüb
İlham Əliyev Nyu-Yorkda ABŞ Ticarət Palatasının baş vitse-prezidenti ilə görüşüb
22:05 24.09.2025
İlham Əliyev Nyu-Yorkda ABŞ Ticarət Palatasının baş vitse-prezidenti ilə görüşüb
Ordubadın 25 kəndi işıqsız qalacaq
21:55 24.09.2025
Ordubadın 25 kəndi işıqsız qalacaq
Prezident "Ares Management"in həmtəsisçisi və baş icraçı direktoru ilə görüşüb
21:44 24.09.2025
Prezident "Ares Management"in həmtəsisçisi və baş icraçı direktoru ilə görüşüb
Binəli Yıldırım: İlham Əliyev Ermənistan-Azərbaycan münaqişəsinin həllində liderlik göstərir
21:37 24.09.2025
Binəli Yıldırım: İlham Əliyev Ermənistan-Azərbaycan münaqişəsinin həllində liderlik göstərir
Albaniya prezidenti: "Azərbaycan ilə çox yaxşı siyasi dialoq mövcuddur"
21:32 24.09.2025
Albaniya prezidenti: "Azərbaycan ilə çox yaxşı siyasi dialoq mövcuddur"