BMT-dən Qəzza ilə bağlı YENİ QƏRAR

BMT-dən Qəzza ilə bağlı YENİ QƏRAR
DÜNYA
00:03 07.11.2023
243
BMT-nin Baş katibi Antonio Quterreş BMT və tərəfdaşlarının Qəzza və İordan çayının qərb sahilindəki 2,7 milyon insana 1,2 milyard dollarlıq humanitar yardım çağırışına başladığını açıqlayıb. 

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibi Antonio Quterreş BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahında keçirilən mətbuat konfransında çıxış edib.

O, Qəzzada baş verənlərin humanitar böhran olduğunu vurğulayıb.

Artan qarşıdurmanın çox sayda günahsız həyatı məhv etdiyini bildirən Quterreş deyib:

"İsrail Müdafiə Qüvvələrinin quru əməliyyatları və davam edən bombardmanları dinc əhaliyə, xəstəxanalara, qaçqın düşərgələrinə, məscidlərə, kilsələrə və sığınacaqlar daxil olmaqla BMT obyektlərinə zərbələr endirir".

Quterreş BMT və tərəfdaşlarının Qəzza, Şərqi Qüds və İordan çayının qərb sahilindəki 2,7 milyon insana 1,2 milyard dollarlıq humanitar yardım çağırışı başlatdıqlarını açıqlayıb.

Ayşən
OXŞAR XƏBƏRLƏR