BMT-dən qorxunc açıqlama: 1 milyard insan bu xəstəliyə yoluxa bilər

SAĞLAMLIQ
12:09 25.05.2023
444
Dünyanın 43 ölkəsində 1 milyard insanın vəba epidemiyası təhlükəsi ilə üzləşdiyi açıqlanıb.

AZXEBER.COM xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatının məlumatına görə, vəba epidemiyası ümumilikdə 43 ölkədə 1 milyarda yaxın insanı təhdid edib.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) və BMT-nin Uşaq Fondunun (UNICEF) verdiyi açıqlamada bir çox ölkənin vəba epidemiyası ilə üzləşdiyi bildirilib.

Açıqlamada yoluxmaların sayının artdığı və vəba epidemiyası ilə bağlı vəziyyətin 10 il əvvəlkindən daha pis olduğu bildirilib.

43 ölkədə bir milyard insanın vəba riski altında olduğu qeyd edilən açıqlamada xüsusilə 5 yaşdan kiçik uşaqlarda bu riskin çox daha yüksək olduğu vurğulanıb. Açıqlamada qeyd olunub ki, vəba xəstəliyindən ölüm halları həyəcan verici səviyyədə artıb. 

Ayşən

OXŞAR XƏBƏRLƏR