BMT-dən qorxunc açıqlama: Nigeriyada 600 mindən çox uşaq aclıqdan ölə bilər

BMT-dən qorxunc açıqlama: Nigeriyada 600 mindən çox uşaq aclıqdan ölə bilər
DÜNYA
17:39 07.05.2025
454
Birləşmiş Millətlər Təşkilatı (BMT) terror fəaliyyətlərinin intensiv olduğu Nigeriyanın şimal-şərq əyalətlərində 600 mindən çox uşağın aclıq səbəbiylə ölüm təhlükəsi ilə üzləşdiyini açıqlanıb.
 
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatı Nigeriyada uşaqlar 6 ay ərzində təcili qidalanma xidmətlərindən istifadə edə bilməsələr həyatını itirə biləcəyini bildirib.

Nigeriya hökuməti və BMT rəsmilərinin birgə bəyanatında ölkənin şimal-şərqində terror fəaliyyətlərinin intensiv olduğu Borno, Adamava və Yobe (BAY) əyalətlərində humanitar böhranın dərinləşdiyi qeyd edilib.
 
Gülay
OXŞAR XƏBƏRLƏR