Birləşmiş Millətlər Təşkilatı Ukraynaya təcili çağırış edib.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatının Ümumdünya Ərzaq Proqramı (ÜƏP) Ukraynada istehsal olunan ərzaq məhsullarının dünyanın qalan hissəsinə sərbəst daşınması üçün Odessa vilayətində təcili limanların açılmasına çağırıb.
"Qlobal aclıq böhranı nəzarətdən çıxmazdan əvvəl, ÜƏP bu gün Ukraynanın Odessa vilayətindəki limanların yenidən açılmasını tələb edir ki, müharibədən əziyyət çəkən ölkədə istehsal olunan ərzaqlar dünyanın qalan hissəsinə sərbəst şəkildə daşınsın", - deyə Qərargahı Romada yerləşən ÜƏP-nin bəyanatında deyilir.
Ümumdünya Ərzaq Proqramının bəyanatında qeyd olunub ki, limanlar müharibə səbəbindən blokadadır və bu səbəbdən Odessa və Ukraynanın Qara dənizdəki digər limanlarındakı anbarlarda milyonlarla metrik ton taxıl gözləyir.
Ukrayna limanları açılmasa, ukraynalı fermerlərin iyul-avqust ayları məhsulunda məhsullarını saxlaya bilməyəcəklərinə diqqət çəkən bəyanatda qlobal aclıq böhranı ilə mübarizə zamanı saxlanılan taxılların boş yerə gedəcəyi bildirilib.
Ayşən