BMT əməkdaşlarından birinin İsraildə qalmaq üçün vizasının müddəti uzadılmayacaq, başqa bir əməkdaşın isə viza sorğusundan imtina edilir.
Bu barədə İsrailin xarici işlər naziri Eli Koean "X”də yazıb.
O bildirib ki, artıq müvafiq tapşırıq verib: "BMT-nin riyakarlığı qarşısında susmağı dayandırmaq lazımdır. BMT-nin oktyabrın 7-dən bəri sərgilədiyi davranış beynəlxalq ictimaiyyət üçün biabırçılıqdır”.
Nazir qeyd edib ki, HƏMAS-la əməkdaşlıq edənlərlə münasibətlər dayandırılacaq.