BMT bütün ölkələri Fələstin dövlətini tanımağa çağırıb.
AZXEBER.COM xarici mətbauta istinadən xəbər verir ki, bu barədə BMT məruzəçiləri birgə açıqlama veriblər.
"Bütün ölkələr BMT-yə üzv olan 146 ölkədən nümunə götürməli, Fələstin dövlətini tanımalı və Qəzzada dərhal atəşkəsə nail olmaq üçün əllərində olan bütün siyasi və diplomatik resurslardan istifadə etməlidirlər”, - deyə bəyanatda deyilir.
Bildirilib ki, bu addım Fələstin xalqının hüquqlarının, azadlıq və müstəqillik uğrunda mübarizəsinin, çəkdiyi əziyyətlərin etirafıdır.
Fələstinin öz müqəddəratını təyin etmə hüququna, o cümlədən təhlükəsiz bir xalq olaraq mövcud olmaq və sərbəst inkişaf etmək qabiliyyətinə malik olduğu bəyanatda vurğulanıb.
Qeyd edək ki, bu yaxınlarda Norveç, İrlandiya və İspaniya tərəfindən işğal olunmuş Fələstin ərazilərinin dövlət kimi tanınması müsbət qarşılanıb və mayın 28-dən etibarən Fələstinin BMT-yə üzv ölkələrin əksəriyyəti tərəfindən tanınıb.
Mikayıl