BMT İsraili "münaqişə zonalarında uşaqlara zərər verən" ölkələr siyahısına salıb

BMT İsraili "münaqişə zonalarında uşaqlara zərər verən" ölkələr siyahısına salıb
DÜNYA
15:25 07.06.2024
170
BMT İsraili münaqişə zonalarında uşaqlara zərər verən ölkələr siyahısına salıb.

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatı (BMT) oktyabrın 7-dən Qəzza zolağında minlərlə dinc sakini qətlə yetirən İsraili "münaqişə zonalarında uşaqlara zərər verən ölkələr və qruplar siyahısı"na əlavə edib. 

İsrail Milli Xəbərlərinin verdiyi məlumata görə, BMT-nin baş katibi Antonio Quterreş məsələ ilə bağlı İsrailin Vaşinqtondakı hərbi attaşesi general-mayor Hedi Silbermanı məlumatlandırıb. 

Quterreş Silbermana Rusiya və terror təşkilatları DEAŞ, Əl-Qaidə və Boko Haram, eləcə də İsraili "münaqişə zonalarında uşaqlara zərər verən ölkə və təşkilatlar” qara siyahısına daxil etmək qərarına gəldiyini bildirib. 

BMT-nin baş katibi Quterreşi bu addımdan əl çəkməyə inandırmaq üçün bütün cəhdlərində uğursuzluğa düçar olduğu bildirilən İsrail gələn həftə açıqlanacaq qara siyahıya düşəcək.

Məryəm
OXŞAR XƏBƏRLƏR